Aktyor sənəti ümumi yanaşma olduğu halda teatr aktyorluğu texnikası ilə kino aktyorluğu texnikası bir-birindən fərqlənir. Teatrda uğurlu olan aktyor kinoda hər zaman uğurlu ola bilmir. Və yaxud da tam əksi. Bəs aktyor eyni zamanda həm teatrda həm kinoda uğurlu ola bilərmi? Kameraönü aktyorluq texnikaları nələrdən ibarətdir?

Bir çox aktyorlar kinonun aktyor yaradıcılığına mane olduğunu düşünürlər. Kameraönü aktyorluq texnikasını bilmədiyi üçün bir başa tənqid edirlər. Kino texnikaları teatr aktyorluğu texnikalarından bir-başa fərqlənir. Aktyor, kameraönü aktyorluq texnikalarını bildikdə ona daha asan gələcək və kameranı aktyorun düşməni deyil dostu olduğu qənaətinə gələcəkdir.  

Əvvəlcə onu qeyd edə bilərəm ki, teatr emosiyaları göstərməyi sevir, kamera isə gizlətməyi. Çünki teatrda izləyici ilə aktyor arasında məsafə var. Amma kinoda izləyici üzün ən kiçik mimiklərini belə görür. Aktyor bu fərqi başa düşüb ona uyğun oyun sərgiləməlidir. Ümumiyyətlə teatrda əsas güc aktyorun üzərinə düşürsə kinoda əsas yük rejissorun çiyinlərindədir. Teatrda mator verildiyi andan sonra bütün prossesi aktyor aparır, rejissor heç bir müdaxilə edə bilmir. Amma kinoda rejissor istədiyi zaman müdaxilə edib yön verə bilir. Aktyor əgər teatr texnikası ilə kinoda oyun sərgiləsə çox tez zamanda enrjisi tükənəcək və faydalı iş əmsalı aşağı düşəcək.  

Bu və daha artıq məlumat Azərbaycan Film Akademiyası, Postmodern Aktyorluq Məktəbində keçirilir. Qeydiyyatdan keçmək üçün instagram üzərindən @aktyorluqkursu səhifəsinə müraciət edə bilərsiniz.

Zaur Tahirsoy

en_USEnglish