“Bahar. Sarayın Yolu” adlı uşaq tamaşası 18-19 mart tarixlərində Cinema Plus kinoteatrlar şəbəkəsinin Gənclik Mall filialında təqdim olunacaq.

Azərbaycan Film Akademiyası Məsul Məhdudiyyətli Cəmiyyətinin nəzdində postmodern üslubunda fəaliyyət göstərən Uşaq Aktyorluq kursunun balaca tələbələri Novruz bayramı münasibəti ilə tamaşa hazırlayıb.

Tamaşa qışın Baharı qısqanaraq, qaçırıb öz sarayında həbs etməsindən, Baharın dostları Kosa, Keçəl və Çərşənbələrin onu xilas etməsindən bəhs edir. Çərşənbələr dostları Baharı, çətin və mübarizəli yollardan keçərək xilas edirlər.

Ssenari müəllifi və rejissoru Nicat Əkrəm olan tamaşa, Azərbaycanda həm səhnə, həm də monitorda yayımlanan ilk tamaşadır.Gənc rejissor , bundan öncəki tamaşasında da bir ilkə imza atıb. Nicat Əkrəmin, Elçin Əfəndiyevin “Mahmud və Məryəm” əsərinin motivləri əsasında qurduğu tamaşanı, aktyorlar gözü bağlı formada oynayaraq təqdim edib.

Tamaşada, Uşaq Aktyorluq Məktəbinin balaca tələbələri ilə yanaşı Posmoden Aktyorluq məktəbindən məzun olan tələbələr də iştirak edir.

Qeyd edək ki, Azərbaycan Film Akademiyasının nəzdində fəaliyyət göstərən Uşaq Aktyorluq Məktəbi ölkə səviyyəsində qeyd olunan bayramlarda maraqlı tamaşalarla çıxış edir.

en_USEnglish