Azərbaycan Film Akademiyasının istehsalı olan Möcüzələr Akademiyası macəra və komediya janrında olan uşaq kinosudur. Azərbaycanda uşaq aktyorluğu, uşaq filmlərinin inkişafını strategiyasının əsas parçası edən Azərbaycan Film Akademiyası Möcüzələr Akademiyası uşaq filminin yayımını 29 dekabr 2022 ci ilə planlayır.

Nağıllar aləminin mənfi personajları artıq xeyirlə mübarizədən yorulmuşdular. Nə illah edirdilərsə də mümkün olmurdu. Hər zaman xeyir qalib olurdu. Onlar fərqli çıxış yolları axtarırdılar. Gözəl Rapunzelin anası Hötel Manifisenta və Cəfər bir araya gəlib çox fikirləşib araşdırdılar. Nəhayət dünyanın varlığından xəbər tutdular. İllərlə dünyaya gəlmək üçün müxtəlif yollar axtardılar. Onlar bilirdilər ki, dünya ölümlüdür və dünyada xeyir hər zaman qəlib gəlmir. Cəfər düşünürdü ki, dünyada uşaqlar daha zəifdilər onlara asanlıqla qalib gələcəkdilər. Buna görə də müxtəlif sehrli güclərdən istifadə edərək onları dünyaya uşaq kimi göndərəcəkdilər. Nəhayət dünyaya bir portal açdılar. Portal Azərbaycan Film Akademiyasının teatr səhnəsinə açılır. Çünki tez-tez bu səhnədə nağıl qəhrəmanlarının hekayələri canlandırılırdı. Mənfi nağıl personajları ilə uşaqlar arasında güclü mübarizə başlayır. Görək dünyada kim qalib gələcək…

Möcüzələr Akademiyası filmin rejissoru Zəhra Tahirsoy, ssenari müəllifi Zaur Tahirsoydur. Operator: Oktay Abbaslı Montaj: Azflix Pro

Rollarda Azərbaycan Film Akademiyası aktyor və aktrisa heyəti: Həyat Məlikova, Nərmin Əhməd, Tamilla Həsənova, Nicat Əkrəm, Vüsal Dastan, Anar Əli, Həlimə Həsənli iştirak edirlər. Möcüzələr Akademiyası filmində Uşaq obrazlarını, Azərbaycan Film Akademiyasının uşaq aktyorluq məktəbinin balaca aktyorları canlandırırlar.

azAzerbaijani