BAKININ AÇARI

Bakının açarı filmi Azərbaycanda öncədən toxunulmayan janr və mövzudadır. Bakının yer altı şəhərinin qoruyucularından olan tarix müəllimi rusların əlində olan bakının açarını oğurlamaq planı qurur. Bunun üçün 6 fərqli və peşəkar oğrunu bir araya yığır. Onlara fərqli təlimlər keçir və planın detallarını paylaşır.

MƏKTƏBLİLƏR HAQQINDA İNTERNET SERİAL “8-Cİ DƏRS”

Azərbaycan Film Akademiyasının internet serialı çərçivəsində növbəti layihəsi 8-ci dərs adlı filmidir. Hadisələr orta məktəbdə cərəyan edir. Filmin mövzusu məktəbli həyatı, məqsədi isə Azərbaycanda orta məktəbdə təhsil alan yeniyetmələrin həmin illərdən daha səmərəli istifadə etməsidir.

azAzerbaijani