Azərbaycan Film Akademiyası, Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində tələbələrlə Bakının Açarı adlı tam metrajlı bədii filmi kinoteatrlarda yayımlandı.

Bakının Açarı filminin məzmunu – Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusların əlinə keçir. Açar ruslarda olsa da Bakının yeraltı şəhərinin yerini ancaq Bakının qoruyucuları bilir. Qoruyuculardan sonuncusu günümüzdə tarix müəllimi işləyir. O açarı ələ keçirmək üçün şəhərin ən yaxşı 5 oğrusunu bir araya yığıb açarı rusların Bakıdakı tarix muzeyindən oğurlamaq planı qurur. Ruslar da muzeydə açarın oğurlanmasını gözləyir ki, qoruyucunun izinə düşsünlər.

23 noyabr Bakının Açarı tam metrajlı bədii filmin qala gecəsi baş tutdu.

Kinonun quruluşçu rejissoru, ssenaristi və prodüseri Zaur Tahirsoydur. Rollarda Azərbaycan Film Akademiyasının tələbələri Vüsal Dastan, Nərmin Əhməd, Fidan İsmayılova, Anar Əli, İbrahim Əlizadə, Maya Hüseynli, Urfan Cabbarlı və digər tələbə aktyorlar iştirak ediblər. Quruluşçu operator Elvin Mikail, Operator Məhəmməd Hüseynov, səs operatoru Nicat Əhmədovdur. Filmin montajı FlixPro ya məxsusdur.

Azərbaycan Film Akademiyasında yeni kino sistemi qurulub və mütəmadi olaraq əlavə sponsorlara ehtiyac olmadan kinolar çəkilir.

Aktyorluğun təməl bilgilərini öyrənmək üçün qısa zaman bəs edir. Dünya praktikasında aktyorluğun təməl bilgilərini öyrənmək üçün 6 və ya 9 aylıq proqramlar mövcuddur. Ondan sonrası yalnız təcrübə və praktiki işdən ibarətdir. Bu minvalla aktyor, universitetdə deyil teatr studiyalarında yetişir! Hər yaş dövrünün də özünəməxsus aktyorluğu var. Bu o deməkdir ki, aktyor bir ömür boyu öyrənir!

Bakının Açarının aktyorları eyni zamanda məzun oldular. Hər birini təbrik edirəm!

azAzerbaijani