20 dekabr saat 19:00-da Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Kino Evində, Azərbaycanın ilk internet serialının nümayişi olacaq. Ünvan:Həsənbəy Seyidbəyli 18. (İçəri Şəhər metro st.nın yaxınlğı)

Bu barədə çox serialı bədii filmin quruluşçu rejissoru Zaur Tahirsoy bunları bildirib:

40 nəfərə yaxın kollektiv ilə üzərində çalışdığımız layihə nəhayət ki, bitdi. Sözün əsl mənasında yorulduq. Amma nəticəni gördükdə çətinliklər, əngəllərdən qaynaqlanan yorğunluq ləzzətimizi daha da şiddətləndirdi.

Mənə bu işdə inanan, dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu iş komandanın orqanizm kimi çalışması nəticəsində ərəsəyə gəldi.

Yeni il proqramlarını nəzərə alaraq ilk nümayişi sürətli şəkildə planladıq. Ola bilsin mənə diqqət göstərən doslarımı dəvət etməyi unudum. Öncə üzr istəyib daha sonra xahiş edirəm ki, elə bu palaşımı xüsusi dəvət kimi qəbul edib yanımda olsunlar.

Seriyalın çəkilişləri üçün təşkilatı dəstəyinə görə Dr. Qulam Rüstəmzadəyə, nümayişi üçün dəstəyinə görə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarova, informasiya dəstəyi üçün Trend.az-ın müxbir üzvü Vüqar İmanova təşəkkür edirəm. 

en_USEnglish