YENİ FİLMLƏR

MƏHƏLLƏ 3 FİLMİ

15 ildən sonra Mehelle sakinləri görüşünüzə gəlir. Martın 3-ü Heydər Əliyev sarayında böyük təqdimat! Filmin qəhrəmanları ilə canlı görüş. Məhəllə sakinlərindən biri də sən ol! Biletləri Bakı şəhərinin kassalarından və iticket.az saytından onlayn əldə edə bilərsiniz. @azercell @parfumderoyal.az @chipsim.az @lumegrand @tap.az @parkcinema #planetparniizbaku #ppb #ppbfilm #mehelle 

ƏFSANƏ QAYIDIR

Bacısına cehiz almaq məqsədilə paytaxta fəhlə bazarına işləməyə gələn Baloğlan özü ilə gələcək yeznəsi Vəfanı da məcbur gətirir. Fəhlə bazarının əfsanə söhbətlərindən olan “qara cipli xala” nəhayət ki bir gün gəlir və heç kimin gözləmədiyi halda məhs Baloğlanla Vəfanı aparır. Yeznə və qayını aparan Əfsanənin məqsədi heç də düşünüldüyü kimi deyil. Əfsanə ona xəyanət edən ərinin izlənməsini Baloğlanla Vəfaya tapşırır.

MİLYONLUQ QUŞ

Polis tərəfindən axtarışda olan Qəzənfər (Müşviq Şahverdiyev) qoruqdan oğurladığı dəyərli quş ilə birlikdə Dubaya uçmaq üzərədir. Havalimanında gözlənilməz bir hadisə nəticəsində, Qəzənfərin yolu, Bakıda lüks otellərin birində sürücü olaraq çalışan Hakkı (Ufuk Özkan) ilə kəsişir. Qəzənfəri dünya şöhrətli memar zənnedən Hakkı, beləliklə böyük bir maceranı başladır. Hekayəyə Dilarə Əliyeva, Gökçə Özyol, Mehtap Bayri, Aysel Nazim kimi simaların canlandırdıqları birbirindən rəngli obrazlar da daxil olduqdan sonra, həyəcan zirvəyə çatmış olacaqdır.

en_USEnglish
azAzerbaijani en_USEnglish