Azərbaycan Film Akademiyası “internet filmləri” layihəsi çərçivəsində növbəti istehsalı “Psix” adlı komediya filmidir. 12 seriyadan ibarət olan Psix serialı, dəlilərin dəlixanadan qaçış istəkləri və bu məqsəd uğruna hazırladıqları planlardan bəsh edir. Filmin quruluşçu rejissor Böyükağa Əliyev, quruluşçu operator isə Elvin Mikaildir.  Ssenari, Böyükağa Əliyevin rəhbərliyi ilə A4 ssenarist komandası tərəfindən qələmə alınır.

Serial haqqında məlumatları ilk əldə etmək üçün Azərbaycan Film Akademiyası (Azerbaijan Film Academy) Youtube kanalına abunə olub bildiriş düyməsini aktiv etməyi tövsiyə edirik.

Qeyd edək ki, internet filmləri çərçivəsində Azərbaycan Film Akademiyasının ilk layihəsi həkimlər haqqında lentə alınan Sayrışan İşıqlar filmidir. Əlavə olaraq məktəblilər haqqında “8-ci dərs” və dedektiv janrında serialları da hazırlanmaq üzrədir.

en_USEnglish
azAzerbaijani en_USEnglish