Merlin Monro sindromu nədir?
Menril Monro sindromu hansi əlamətlərlə özünü göstərir?
İlk növbədə onu qeyd edək ki, bu sindromun yaranma səbəbi natamamlıq kompleksidir. Natamamlıq kompleksinin bir forması ailədə yetərincə qayğı, diqqət və sevgi görməyən uşaqlarda yaranan aşağılıq kompleksidir ki, M. Monro sindromu adlandırdığımız sindrom da onun bir formasıdır.
Merlin Monro qayğısızlıq və sevgisizlikdən əziyyət çəkirdi. Doğulduğu zaman atası tərəfindən rədd edilən, anası tərəfindən başqa bir ailəyə qəyyumluğa verilən Monro elə həyatının ilk illərində sevgisizliklə qarşılaşır. 7 yaşı olarkən ruhi dispanserə yerləşdirilmiş anaya sahib olan və 10-dan çox uşaq evlərində qalan,bundan da əlavə müxtəlif ailələrə qəyyumluğa verilən dünya ulduzu heç bir yerdə sevgiyə rast gələ bilmir. Bu onun sonrakı həyatına da dəlalət edir. Dəfələrlə uğursuz sevgi yaşamış tanınmış kinoulduzu ayrılıqlarını məhz özünün günahı kimi qiymətləndirirdi. Həm yaşadığı dönəmdə, həm də illər keçməsinə baxmayaraq dünyanın “gözəllik ilahələri” ndən biri hesab edilən M.Monro heç bir zaman özünü gözəl və sevgiyə layiq biri hesab etmirdi. Bu əlamətlər məlum sindromun ən bariz göstəriciləridir.

Merlin Monro sindromu olan yeniyetməlik və gənclik yaşlarında özünü sevilməyə layiq hesab etməyən belə yeniyetmə və gənclər əks cinsdən olan həmyaşıdları ilə normal sevgi münasibətləri qura bilmirlər.Bu sindromlu insanlar onların sevgisindən daim imtina edən və onlara sevgi ilə qarşılıq verməyən partnyorlarla əlaqə yaratmağa sanki məhkumdurlar.Onlar belə hesab edirlər ki,əks cinslə normal,sağlam qarşılıqlı sevgi ilə münasibət qura bilmirlər.

Menril Monro sindromu sonu siusid halı ilə nəticələnə bilən təhlükəli haldır. Əgər əlamətləri özünüzdə müşahidə edirsinizsə mütləq psixoloqa müraciət edin.
Merlin Monro özü bu sindromun öhdəsindən gələ bilməsə də müasir psixologiyada bunu aradan qaldırmaq mümkündür. Bunun üçün aşağıdakılara əməl etmək lazımdır:
- Özünü sevmək;
- Bütün həyatı boyu sağlam olmağı vacib hesab etmək və bunun üçün çalışmaq;
- Özünə hörmət etmək;
- Öz qayğısına qalmaq;
- Özünə inanmaq;
- Həyatını yaxşı mənada dəyişdirəcək fikirləri qəbul etmək;
- Öz həyat tərzindən zövq almaq;
- Öz sindromuna qalib gəlmək üçün özünə söz vermək.
