• Bədən formasında fərqlilik hiss etmək, hərəkələrdə asimmetriya
  • Vizual pozğunluq. Yəni ətrafdakıları olduğundan böyük və ya kiçik görmək (makropsi, mikropsi)
  • Toxunma duyğusunda pozğunluq. Misal sərt bir yerə toxunduqda yumşaqlıq hissi.
  • Eşitmə duyğusunda pozğunluq. Bu sindromu yaşayanlar  ətrafdakı səslərdən daha çox təbiətin səsini eşitdiklərini söyləyirlər.
  • Liliput halusinasiyası

Yuxarıda sadalanan simptomlar “Alisa Möcüzələr Diyarında”
(Alice In Wonderland Syndrome/AIWS) sindromuna aiddir.  Dünyanın 7-ci ən qəribə xəstəliyi hesab edilən “Alisa Möcüzələr Diyarında” sindromu ilk dəfə psixiatr John Todd tərəfindən müşahidə edilmişdir. Simptomların hekayəyə bənzərliyini görən psixiatr sindroma eyni adı verir.

1865 ci ildə rahib və fotoqraf Lewis Carroll qonşuluğuna yeni köçən ailənin Alice Liddell adlı qızı üçün “Alisa Möcüzələr Diyarında” hekayəsini yazır. Qeyri adiliyinə baxmayaraq hekayə, uşaq ədabiyyatında özünəməxsus yer tutur. Hekayədəki hadisələr əsas götürülərək iddia edilir ki, kitabın müəllifi “Alisa Möcüzələr Diyarında” sindromundan əziyyət çəkib.

Xəstəliyin gedişi psixosomatik olduğu üçün radioloji müayinə vasitəsilə diaqnoz qoymaq qeyri mümkündür. Epstein-Barr virusu zamanı da eyni simptomlar görülməkdədir. Sindromun diaqnozunu dəqiqləşdirmək çox çətindir. Adətən miqren və ya beyin xərçəngi ilə birlikdə müşahidə edilir.

Əksər hallarda uşaqlıq yaşlarında müşahidə edilən sindrom, yetkinlik yaşlarında da görülməkdədir. Görmə və eşitmə pozuntusu olsa belə  anatomik sistemlə bir əlaqəsi olmur. Problem yalnız psixosomatikdir.

Xəstəliyin bilinən bir müalicəsi hələki yoxdur. Erkən diaqnoz zamanı qarşısı alına bilər. Miqren müalicəsində istifadə edilən metodlar  məlum sindromda da tətbiq edilir.

en_USEnglish
azAzerbaijani en_USEnglish