Son zamanlar çəkilən filmləri tənqid etmək tendensiyası yaranıb. Xüsusən də gənc vloggerlər statik kamera önünə keçərək, müəyyən düşüncə tərzli kontingenti təmsil edərək haqlı iradlarını ard-arda döşüyürlər. Amma… Fiziki qüsurlu birini qüsuruna görə tənqid etmək nə qədər doğrudur?
Əminəm ki, sizin tənqid etdiyiniz kino istehsalçılarının əlinə maraqlı ssenari düşsə onlar bu fürsəti qaçırmazlar. Azərbaycan kinosunun tənqid olunası bir yanı var. O da “ssenaristlərdir”.
Bu ssenaristlər öz təfəkkürlərinin cılız məhsulunu xalqa sırımağa çalışırlar. Ondan da cılız təfəkkürdə olan rejissor bunu lentə alır. Çarəsiz aktyor da o soyuq, süni, dəxlisiz dialoqları səsləndirmək məcburiyyətindədir…
İki-üç dəfə ssenari müsabiqəsi keçirməyə cəhd etmişəm lakin elə ilk mərhələdə gələn mənasız ssenariləri görüb fikrimdən daşınmışam.
Ssenari problemimiz həll olsa kinonun keyfiyyəti qısa zamandan sonra öz effektini verəcək.
- Sosial psixoloq, kinorejissor Zaur Tahirsoy