Dünya film arenasında ideya qıtlığı yaşanır. Bir Zamanlar Hollywood’da (Once Upon a Time in… Hollywood (2019) ), “Rambo: Last Blood (2019)” kimi filmləri əyani sübut kimi dəyərləndirmək olar.

Dünya filmlərində yaşanan ideya təkrarçılığı filmləri monotonlaşdırıb.
İnsan psixoloiyası monotonluğu sevmir. Təkrar ideyalara söykənən film, izləyici üçün büdcəsindən asılı olmayaq uğursuz hesab edir.

Kino, insanlara satılan multidissiplinar məhsuldur. Kino vasitəsiylə ən effektli şəkildə insan psixologiyasına təsir etmək və cəmiyyətləri idarə etmək mümkündür.

Lakin zaman dəyişdikcə insanların zövqləri, tələb və istəkləri də dəyişməkdədir. Artıq iyirmi birinci əsrin insanı bəsit ssenarilərlə aldanmır. Sözün “Mustafasını” anlayan müasir insan artıq daha yeni, öncədən istifadə edilməmiş məhsul tələb edir. Bu hal film istehsalçılarının işini olduqca çətinləşdirir.

Belə ki, film sahəsinə 2008 ci ildən Marvel dalğası gəlir. Amma son illərdə Marvel də təsirini itirməyə başlayıb.

“Netflix”in gündəmə gəlməsi də məhz bu böhranın nəticəsidir. Hətta insanları daha tələbkar olmağa təşviq edən əsas amillərdən hesab edilə bilər. Çünki daha az büdcə istifadə edərək daha maraqlı filmləri portalına yükləyərək abunəçilərini keyfiyyətlə yanaşı yeni film metodları ilə tanış edir.

Kino nəhəngləri istehsala xərclənən miliyonları “batırmamaq” üçün daha seçici davranmağa məcbur olurlar. Beləliklə tarixi şəxsiyyətlərə müraciət etməyə başlayırlar. O da bir yerə qədər… Son zamanlarda köhnə reytinqli filmlərin davamını çəkməyə əl atıblar. Hesab edirəm 3-4 il bu tendensiya davam edəcək.

Əslində belə halla qarşılaşmamaq üçün aparıcı qüvvələr film istehsalına limit qoymalı idi.

Bu böhranın nəticəsində kinonun yuvası sayılan Amerika və filmlərdə təbliğ edilən Amerika mədəniyyəti öz ağırlığını itirəcək və üstünlük fərqli mədəniyyətə sahib ölkələrə keçəcək. Ki, İspan filmləri son illərin trendidir.

Zaur Tahirsoy Sosial psixoloq, Kinorejissor

en_USEnglish