QAĞAYILAR | AZƏRBAYCAN FİLM AKADEMİYASI – Qağayılar məktəbli mövzusunda internet serialıdır. Azərbaycan Film Akademiyasının istehsalı olan Qağayılar serialı 12 seriyadan ibarətdir. Məktəbli uşaqların psixoloji tərəflərinə işıq tutan Qağayılar serialının aktyorları Azərbaycan Film Akademiyasının tələbələridir. Daha ətraflı və aktiv paylaşımlar üçün instagram üzərindən @aktyorluqkursu səhifəsini izləyin. #azerbaycanfilmakademiyasi #aktyorluqkursu #qagayilar

Azərbaycan  Film Akademiyası daha bir yeni layihəsi ilə ruhlara toxunmağa davam edir.

Qağayılar nədir?

Zaur Tahirsoya görə Qağayı poeziyanı təmsil eden bir quş növüdür. Ədəbiyyatda da bu növə tez-tez müraciət edilir.

Z.T. “Əslində biraz Çexovdan ilhamlanaraq ağlıma gələn bir proyektdir, halbuki, hər ikisinin də mövzusu fərqlidir.

Niyə Qağayılar?

“Özü üçün çırpınan, tək qalan, yaşamaq üçün mübarizə aparan varlıqlardır. Eynilə, bizim Qağayılar kimi.

Zaur Tahirsoy kimdir ?

Zaur Elşad oğlu Tahirsoy — Azərbaycan kinorejissoru, ssenaristi, prodüseri. Azərbaycan Film Akademiyasının təsisçisi və direktoru (2015), Azflix-in ideya müəllifi və rəhbəridir. O həm də sosial-psixoloq, ailə və evlilik müşaviridir. Eyni zamanda, Postmodern Aktyorluq Məktəbinin qurucusu və rəhbəridir.

Zaur Tahirsoy 1987-ci il 2 oktyabrda Rusiya Federasiyasının Tümen şəhərində anadan olub. 2015-ci ildə Azərbaycan Film Akademiyasını təsis edib. 2020-ci ildə Türkiyədə Atatürk Universiteti sosiologiya fakültəsində təhsil alıb. Psixologiya ilə aktyorluq sənətini sintez edərək Postmodern Aktyorluq Sistemi  adlı yeni metodik vəsait yaradıb. Zaur Tahirsoy “Azərbaycanda Aktyorluq Terapiyası”nı tətbiq edən ilk psixoloqdur. Əlavə olaraq, Aktyorluq Psixologiyası və Ailə Psixologiyasını əhatə edən “Xoşbəxt Ailə Notları” adlı kitabın müəllifidir, eyni zamanda, Azflix-in ideya müəllifi və rəhbəridir.

Rejissor bu proyektlə nə demək istəyir?

Zaur Tahirsoy bildirir ki, uşaqların dünyası valideynlərə nisbətən fərqli olur, ümumiyyətlə, uşağın dünyası başqa aləmdir. Valideynlər uşaqları ilə normal ünsiyyət qura bilmirlər. Bəlkə də qura bildiklərini zənn edirlər. Əgər uşaq ailədən başqa mühitə ehtiyac duyursa, bunun səbəbkarı valdeyn ola bilər. Normal dialoq nədir bilmədiyi üçün, onun “o” aləmə ehtiyacı olur.

Sizcə hansı yaş aralığına təsir edəcəy ?

“Daha çox valideyn-övlad münasibətinə təsir edəcək. Bu serialda bir uşaq üçün problem, valideyn üçün qeyri problemdi.”

Qağayılar

Son olaraq, Zaur Tahirsoy bildirir ki, Azərbaycanda məktəbli mövzularına Azərbaycan Film Akademiyası toxunur.

Z.T. “Əsas gücümüz 18 yaşa qədərki təhsilli aktyor bazamızın olmağıdır. Məqsədimiz cəmiyyət üçün faydalı insanların yetişməyinə kömək olmaqdır.”

en_USEnglish