Aktyor olmaq üçün kurslar çoxdur. Adətən aktyorluq kurslarında klassik aktyorluq texnikaları tədris edilir. Müasir aktyorluq məktəbi fərqlidir. Aktyorluq Psixologiyası kitabında müasir texnikayla yanaşı Aktyor olmaq üçün ən rahat və effektli yollar qeyd ediləcək.
Aktyorluq psixologiyası kitabında aktyor və aktrisalar üçün yeni bilgilər yer alacaq. Aktyorluğa psixoloji yanaşma, kameraönü oyununu daha effektli edəcək.
İctimai tənhalığı qorumağın ən effektli yolu, həyəcan və onun kontrol edilməsi, kameraönü aktyorluq texnikaları və digər nüanslar haqqında ətraflı.
Yaşamaq yoxsa göstərmək? Bütün bunlara psixoloji yanaşma Aktyorluq psixologiyası kitabında.
Kitabın müəllifi sosial psixoloq, kinorejissor Zaur Tahirsoydur. Qeyd edək ki, sayca müəllifin nəşr olunan ikinci kitabıdır. İlk kitabı ailə psixologiyasını əhatə edən Xoşbəxt Ailə Notlarıdır. Ölümdən Öncəki Tanqo (roman), Qadın Psixologiyası (araşdırma) kitabları da nəşrə hazırlanır.