Kino təkcə əyləncədən ibarət biznes sahəsi deyil. Kino həm də tarix və mədəniyyətin təbliğidir. Ölkənin dünyada imicinin formalaşması üçün kino ən effektli vasitədir.

Zəfərlə nəticələnən 44 günlük vətən müharibəsi dünyanın gündəmində olmağımıza da səbəb oludu. Bu tarixi qələbəni əbədiləşdirmək və dünyaya vizual olaraq göstərmək üçün kinodan istifadə etmək labüddür.

Amma belə həssas mövzularda daha diqqətli olub seçici yanaşmaq lazımdır. Hərbi forma geyinərək bir iki güllə atmaqla hərbi mövzuda kino ərəsəyə gətirmək yanlışdır. Əgər hərbi və vətənpərvər mövzuda çəkilən kino dünya standartına cavab vermirsə onu çəkməmək daha məqsədəuyğundur.

Kinoda estetika önəmli olduğu qədər, müasir insan psixologiyası da çox önəmlidir. Müasir insan psixologiyası süni və açıq şəkildə dikdə edilən vətənpərvərliyə ikrahla yanaşır. Belə mövzuları, tərkibində kinodan anlayışı olan sosioloq və psixoloq olan xüsusi komanda ilə ərəsəyə gətirmək lazımdır. Öncə qeyd etdiyim kimi çəkilən kino müasir tələblərə tam cavab verməlidir. Əks halda qaş düzəldən yerdə vurub gözü çıxardarıq.

Zaur Tahirsoy kinorejissor

en_USEnglish