Zaur Elşad oğlu Tahirsoy — Azərbaycan kinorejissoru, ssenaristi, prodüseri. Azərbaycan Film Akademiyası təsisçisi və direktoru, Sosial-psixoloq, Ailə və evlilik müşaviri.

== Həyatı ==
Əslən Lənkəranlı olan Zaur Tahirsoy 1987-ci il 2 oktyabrda Rusiya Federasiyası Tümen şəhərində anadan olub. Orta təhsilini Nərimanov rayonu 45 saylı məktəbdə tamamlayıb. Komputer proqramlaşdırma üzrə sub bakalavr təhsili alıb. Türkiyə Dövlət Atatürk Universiteti sosiologiya fakültəsində təhsili davam etdirib. 2019-ci ildə Azərbaycan Film Akademiyasını təsis edib. Psixologiya ilə Aktyorluq sənətini sintez edərək Aktyor Alqoritmi (Postmodern Aktyorluq Sistemi) adlı yeni metodik vəsaitin müəllifidir. Azərbaycanda Aktyorluq Terapiyası tətbiq edən ilk psixoloqdur. Əlavə olaraq Aktyorluq Psixologiyası və Ailə Psixologiyasını əhatə edən Xoşbəxt Ailə Notları adlı kitabların müəllifidir. 2020-ci ildə FLİX.AZ in ideya müəllifi və rəhbəridir. Eyni zamanda Flix Film School-un təsisçisi və rəhbəridir.
Azərbaycan Film Akademiyasında rejissorluq, ssenari və aktyorluq üçün dərs vəsayitinin müəllifidir.

== Filmoqrafiya ==
- Sayrışan işıqlar (32 seriya, 2020) – Quruluşçu rejissor və ssenarist. [[Xəzər TV]],
- Terapiya Otağı (qısa film, 2021) Quruluşçu rejissor və ssenarist.
- Bakının açarı (tam metrajlı film, 2022) – Quruluşçu rejissor və ssenarist.
- Həyat nə qəribəsən (tam metrajlı film, 2023) – Quruluşçu rejissor və ssenarist. [[CinemaPlus]]
- Çılğın Sinif (internet serial 6,, 2023) Quruluşçu rejissor və ssenarist.
- Möcüzələr Akademiyası (tam metrajlı film, 2023) – Quruluşçu rejissor və ssenarist.
- Yox içində xarıbülbül – 12 seriyalı bədii film. Quruluşçu rejissor və ssenari.
- BÖ (tam metrajlı film, 2024) Quruluşçu rejissor və ssenarist. [[CinemaPlus]]
- Xəfif Cinayətlər (detektiv internet serialı 2024) Quruluşçu rejissor və ssenarist.
- Qağayılar (Serial, 2024) – 12 seriyalı bədii film. Quruluşçu rejissor və ssenarist.
- 5 ÇİRKİN QIZ (internet serial, 2024) – ssenari və rejissor
- Çılğın Ana (tam metrajlı film, 2024) – Quruluşçu rejissor və ssenarist.
- Yaxşı Ata (tam metrajlı film 2025) Quruluşçu rejissor və ssenarist.
- BUSƏ (tam metrajlı film) Quruluşçu rejissor və ssenarist.
- Onun Gözləri Gülürdü (internet serialı 2025) Quruluşçu rejissor və ssenarist.
- Domino Daşları (internet serialı 2025) Quruluşçu rejissor və ssenarist.
== Kitablar ==
- Aktyor Alqoritmi – Aktyorun Peşəkar İnkişafı Sxemi
- Aktyorluq Psixologiyası – Hisslərin və emosiyaların anatomiyası
- Viral Aktyorluq – Yeni nəsil aktyorluq manifesti
- Dialoq – Ssenaridə dialoq yazmaq qaydası və psixologiyası
- Gülüşün 50 Tonu – Stendap psixologiyası və praktiki bələdçi
- Ssenari Mühəndisliyi – Ssenari necə yazılır?
- Ssenari Kodlaşdırması Yeni nəsil ssenari strukturu
- Netflix Dramaturgiyası – 12 seriyalı ssenari necə yazılır?
- Eqoist – Pis Adam Olmağın Yolları (Şəxsi inkişaf, psixologiya)
- Xoşbəxt Ailə Notları – Ailə psixologiyası
- Mənim Anam Rejissordur – Analar üçün ev teatrı konsepti
- Mənim Atam Rejissordur – Atalar üçün mobil kino çəkilişi qaydası
- Kinorejissor – Rejissorun doğuşu
- Kinorejissor Psixologiyası – Liderin doğuşu
== Layihələr ==
- Baməzə Shoü (komediya verilişi)
- Ha ha ha şou (komediya verilişi)
- Kastinq Şou (yarışma)
- İmpravizator (komediya verilişi)
- Heç gülməli deyil (stendap şou)
- CinePlus (Kino jurnalı)










