Aktyor olmaq hər kəsin uşaqlıq arzusudur. Çünki aktyorluq sehri aləmdir. Sənə yazılanı deyil fərqli həyatları yaşamaq maraqlı və sehirlidir. Aktyor olmaq bir ömrə min ömür sığışdırmaq deməkdir. O baxımdan aktyorluq xüsusi peşələrdən hesab edilə bilər. Bu xüsusi peşəyə yiyələnmək hər kəsin arzusudur. Ancaq aktyor olmaq üçün nə etməli? Aktyor olmaq üçün hardan başlamalı? Hansı aktyorluq kursuna yazılmalı? Aktyor olmaq üçün incəsənət universiteti şərtdirmi? Türkiyədə necə aktyor olmaq olar kimi suallar insanları düşündürür. Bu məqalədə aktyor olmaq üçün ən effektli yol barədə söhbət açacağıq.

Ancaq aktyor olmaq üçün nə etməli?

Hər kəs potensial aktyordur. Nəticədə aktyorluq atomu parçalamaq deyil. Aktyorun pretmedi onun emosiyalarıdır. Emosiyaların nə olduğunu hər kəs bilir. Doğulduqdan həmən sonra emosiyaları istifadə edirik. Aktyor olmaq üçün xüsusi istedad və ya bacarığa ehtiyac yoxdur. Sadəcə aktyorluğun təhsilini almaq, aktyorluq texnikalarına yiyələnmək və praktikada bu bacarıqları inkişaf etdirmək lazımdır.

Aktyor olmaq üçün hardan başlamalı?

Aktyor olmaq üçün hardan başlamalı sualını insan özlüyündə düzgün cavablandırmalıdır. Çünki başlanğıc nöqtəsi yanlış olduqda nəticə olmayacaq. Aktyorluq nəzəriyədən daha çox praktika tələb edən peşədir. Öncəliklə var olan tədris müəsisələrini araşdırmalı və hansı tədris mərkəzi daha çox kino və teatr praktikası imkanı yaradırsa ordan başlamalıdır. Çünki aktyorluq bacarıqları praktikada istifadə edilmədikdə unudulan bacarıqlardır. İnsanın yaradılışından irəli gələrək aktyorluq bacarıqları praktikada istifadə edilmədikdə qazanılmış elastiklik itir və komplekslər yenidən qayıdır. Ən doğru seçim kino və teatr praktikası imkanı yaradan mərkəzi tapmaq və ordan başlamaqdır.

Aktyor olmaq üçün incəsənət universiteti şərtdirmi?

Günümüzdə ali təhsilə ictimai qınaqdan qurtulmaq üçün baş vurulur. Aktyorluğu ali təhsil diplomu ilə məhdudlaşdırmaq olmaz. Aktyoru aktyor edən çəkildiyi filmlər və oynadığı tamaşalardır. Aktyor olmaq üçün aktyorluq təshili almaq şərtdir lakin bu təhsili universitetlə məhdudlaşdırmaq düzgün deyil. İstənilən ölkədə və ya özəl tədris mərkəzlərində bu təhsili əldə etmək mümkündür. Nəticədə vacib olan çoxlu praktika və kino portfoliyasıdır.

Türkiyədə necə aktyor olmaq olar?

Aktyor olmaq istəyənlərin bir çoxu Türkiyədə kinoya çəkilmək istəyir və bu istək onları fırıldaqçıların tələsinə asanlıqla salır. Türkiyə kinosu dünyada özünəməxsus yerə malikdir və Türkiyədə aktyor olmaq istəyən kifayət qədər insan var. Bir Azərbaycanlı olaraq Türkiyədə aktyor olmaq üçün nə qədər şansın olduğunu bilmək istəyirsənsə bax gör Türkiyədə neçə Azərbaycanlı məhşur aktyor var. Sənin də şansın o qədərdir. Bu reallığı gözardı etdikdə Türkiyə kinosunun arxasında gizlənən hoqqabazların qurbanına çevriləcəksən. Sadəcə vaxt və pul itkisi yaşayacaqsan və heç bir nəticə olmayacaq. Əvvəldə qeyd etdiyimiz kimi başlanğıc nöqtəsi yanlış olduqda nəticə olmur.

Qısaca desək Türkiyədə aktyor olmaq üçün

  • Birinci növbədə səlis türk dili bilgin olmalıdır.
  • Türkiyədə yaşamaq və işləmək hüququn olmaldır.
  • Türkiyədə teatrlarda fəaliyyət olmalıdır.
  • Türkiyədə kino sahəısində güclü və səmimi netvörkinqin çox güclü olmaldır.
  • Türkiyə aktyorları ilə rəqabət apara biləcək aktyorluq bacarıqların və ya siman olmalıdır.
  • Uzun növbədə sıranın sənə çatması üçün güclü şansın olmalıdır.

Azərbaycan Film Akademiyasının təşkil etdiyi aktyorluq kursu, aktyor olmaq istəyən hər kəs üçün əvəzedilməz fürsət yaradır. Belə ki, 3 il müddətində 30 ya yaxın kino 100 dən çox tamaşa və saysız hesabsız qısa filmlərlə tələbələrə effektli tədris proqramı təklif edir. Daha ətraflı aktyorluqkurusu insatagram səhifəsinə və ya 0703366072 nömrəsinə yaza bilərsiz.

azAzerbaijani