Azərbaycan Film Akademiyası Məsul Məhdudiyyətli Cəmiyyətin  istehsalı olan “Həyat nə qəribəsən” filmi 23 martdan etibarən Cineplus kinoteatrlar şəbəkəsinin bütün filiallarında izlənməyə veriləcək.

Baş rolu Həyat Məlikovanın canlandırdığı filmin mövzusu Psixatr mərkəzindən qaçaraq xəstəxanada həkimlik edən psixi xəstənin sərgüzəştlərindən bəhs edir.

Ssenari müəllifi və quruluşcu rejissoru Zaur Tahirsoy, qurluşçu operatoru Elvin Mikayl olan filmin ssenarisi, 2021-ci ildə Zaur Tahirsoy və Həyat Məlikovanın birlikdə ərsəyə gətirdiyi Həyat həkim personajından ilham alınaraq yazılıb.

Filmin texniki və aktyor heyyəti də məhz Azərbaycan Film Akademiyası MMC-nin nəzdində fəaliyyət göstərən Aktyorluq kursu, Rejissorluq kursu və Operatorluq kursunun tələbələrindən təşkil olunub.

AFA-nın məzunlarından biri olan Həyat Məlikova, Həyat həkim obrazı ilə pandemiya zamanı sosial media platformalarında “Vaksin vurdurma” video görüntüsü ilə tanınıb və yumoristik bürc şərhləri ilə məşhurluğunun zirvəsinə yüksələrək xalqın sevimlisinə çevrilib.

Qeyd edək ki, “2021 – ci ildən fəaliyyətə başlayan  Azərbaycan Film Akademiyası MMC-nin nəzdində fəaliyyət göstərən kurslar sayəsində, peşəkar aktyor, rejissor və operator yetişdirməyə davam edir.

azAzerbaijani