Azərbaycan Film Akademiyasının internet serialı çərçivəsində növbəti layihəsi 8-ci dərs adlı filmidir. Hadisələr orta məktəbdə cərəyan edir. Filmin mövzusu məktəbli həyatı, məqsədi isə Azərbaycanda orta məktəbdə təhsil alan yeniyetmələrin həmin illərdən daha səmərəli istifadə etməsidir. Bununla bağlı Azərbaycan Film Akademjiyası, rol almaq istəyən aktyor və aktrisaları filmə dəvət edir. Qeyd edək ki, yaş aralığı 17-20 dir. +994556074049 (Tural bəy) nömrəsiylə əlaqə saxlayaraq qeydiyyata düşə bilərsiniz.

Film eyni zamanda Azərbaycanda uşaq və yeniyetmə aktyorluğunun inkişafına da güclü dəstək olacaq.

Azərbaycan Film Akademiyası, Azərbaycanda “Netflix” formatını tətbiq edir. Bununla bağlı artıq “Sayrışan İşıqlar” adlı tibbi mövzuda internet serialının 1-ci seriyası yayımlanıb.

azAzerbaijani
en_USEnglish azAzerbaijani