Əsas Səhifə

Azərbaycan Film Akademiyası, Azərbaycan film sahəsinin inkişafı üçün yaradılmış Məhdud Məsuliyyətli Cəmiyyətdir. Film istehsalı və kadrların yetişməsi üçün kinomatqrafiyanın bütün sahələri üzrə tədrisini həyata keçirir. Qısa zamanda önəmli inkişaf artımını hədəfləmişik.

TİBBİ SERİAL – SAYRIŞAN İŞIQLAR – TEASER 2

Azərbaycan Film Akademiyası və Medplus TV nin birgə layihəsi olan “Sayrışan İşıqlar” adlı tibbi serialın ikinci tizeri “Youtube” üzərindən yayımlandı.

Qeyd edək ki, serial tibbi mövzu ilə yanaşı dedektiv janrı da əhatə edəcək.

Sayrışan İşıqların iknci tizeri Medplus TV Yutub kanalına ermənicə də daxil olmaqla 20 dildə alt yazı ilə yayımlanıb. Serialın tam hissəsi də ən azı 20 dildə izləyicilərə təqdim ediləcək.

Tibbi serial televiziya və kinoteatr kimi vasitələrdən imtina edərək sırf sosial media (Youtube) və azfilmacademy az saytı üzərindən yayıma girəcək. Bu yenilik Azərbaycan film sektoruna canlanma gətirəcəyinə əminik.

Layihənin baş tutmasında “Netflix”in təcrbələrindən geniş istifadə ediləcək.

Azərbaycanda maraqlı yerli və milli film istehsal etməyi, eyni zamanda film sahəsində yeni cığır açmağı hədəfləmişik. Əlbəttə bu işdə ən böyük vəzifə izləyicilərə düşür. Paylaşılan materiallara pis ya da yaxşı fərq etməz, öz obyektiv fikirlərini əlavə edərək sosial mediada paylaşmaları layihənin qısa zamanda uğur qazanmasına bir başa təsir edəcəkdir.

tibbi serial

SAYRIŞAN İŞIQLAR – TİBBİ SERİAL – TEASER 1

Bu işdə Azərbaycan filminin inkişafını istəyən hər bir fərdə vəzifə düşür. Sadəcə yayımlanan film görüntülərini şəxsi profilində fikirləriylə bərabaər paylaşaraq çox böyük dəstək olmuş olacaqlar. Öncədən hər kəsə təşəkkür edirəm”

RASİM BALAYEV YENİ BABƏK FİLMİNDƏ -RƏSMİ

Əlbəttə Babək filmini Rasim Balayevsiz təsəvvür etmək mümkün deyil.
Ssenaridə edilən müsbət dəyişiklikləri nəzərə alaraq Rasim Balayev bu dəfə Babəkin atası obrazı üçün düşünmüşük. Bu həm simvolik xarakter daşıyır həm də Rasim bəy təcrübəsi ilə yeni Babək filminə əzəmət verəcəyini düşünürük.

azAzerbaijani
en_USEnglish azAzerbaijani