Son günlərdə mədəniyyət sahəsində aparılan islahatlar Azərbaycan kinosunun inkişafı üçün ümid yaradır məndə. Amma kino sahəsinin inkişaf etməməsinin Qarayevlə əlaqəsi yoxdur. Azərbaycan kinosunun korrupsiyaya qədər də kifayət qədər problemi var.

Azərbaycan kinosuna ən böyük zərbəni mütaliə etməyən kino adamları, xüsusən də ssenaristlər və təfəkkür qabiliyyəti olmayan kinorejissorlardır. Güya nazirlik bu adamlara pul ayırsaydı nə dəyişəcəkdi ki?! Elə özləri kimi savadsız və zövqsuz filmlər ortaya çıxacaqdı.

Kinonun inkişafı üçün multidissiplinar yanaşmaya ehtiyac var. Bu islahatlar İncəsənət universitetində də aparılmalıdır. Çünki universitet tələbələrə müasir təhsil vermək əvəzinə onları sonra aşılması çox çətin olan trafaretlərə salır.

Kinorrjissorlar, ssenaristlər insan psixologiyasına vaqif olmalı və ona uyğun addım atmalıdırlar. Çünki film psixologiyanın predmetidir.

Əks halda biz Azərbaycan kinosunun müsbətə doğru dəyişməsini deyil, sadəcə kresloda oturanların adlarının dəyişdiyini görəcəyik.

Zaur Tahirsoy kinorejissor, sosial psixoloq.

azAzerbaijani