Kino, dövlətlərin mühüm strateji əhəmiyyət kəsb edən sahəsidir. Həm gəlir həm də tarixin, mədəniyyətin təbliği baxımdan effektivliyi danılmazdır. Əksər hallarda dövlətlər film vasitəsilə mədəniyyətlərini digər ölkələrə təbliğlə yanaşı diktə edirlər. Çünki film insan psixologiyasına rahatlıqla təsir edə bilir.

Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır. Daha sonra yüksələn şkalada davam edən kino sahəsi 1980-ci illərdən sonra kəskin enişə başlayır. İl 2020 olsa da hələ də yüksləmə hiss olunmur. Əlbəttə ki, bir iki filmi istisna etmək olar. Amma bir-iki film kino sahəsinin inkişafı anlamına gəlmir. Bunun ən bariz nümunəsi kino xadimlərinin həyat və yaşayış keyfiyyətidir.

Təbii ki, mən kino dedikdə kommersiya məqsədilə çəkilən və kino dramaturgiyadan çox uzaq olan bayağı layihələri nəzərdə tutmuram. Onlar olub və bundan sonra da olacaq. Məsələ odur ki, belə işlərin müqabilində normal kinolar istehsal edilmir.

Əslində Kino instutunun inkişafı üçün az miqdarda və doğru dəstək lazımdır. İnnovativ yanaşma ilə 1 il ərzində Azərbaycan Kinosu yenidən dirçələ bilər. Sadəcə komanda ruhunu kino adamlarına aşılamaq lazımdır. Çünki film komanda işidir. Yaxşı və yeniliyi paylaşmayan kino xadimləri unutmasınlar ki, öz oturduğu budağı kəsirlər.

Bu gün dövlət strukturlarında aparılan islahatlar kino sahəsində də aparılmalıdır. Azərbaycan kinosu da gəcləşməlidir. Dövlətə tabe kinotatrların açılması da kinonun inkişafına müsbət mənada təkan verəcək.

Müasir texnalogiyanın inkişafı nəticəsində artıq keyfiyyəti ucuza almaq mümkündür. Nəticədə cəmi 150 minə kino sahəsini dirçəltmək olar. Halbuki, bu məbləğ asanlıqla bayağı bir film layihəsinə xərclənir.

Azərbaycan kinosunun komadan oyanması diləyilə hələlik…

Zaur Tahirsoy Sosial-psixoloq, kinorejissor.

azAzerbaijani
en_USEnglish azAzerbaijani