20 dekabrın saat 19:00-da Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Kino Evində, Azərbaycanın ilk internet serialının nümayişi olacaq. Ünvan:Həsənbəy Seyidbəyli 18. (İçəri Şəhər metro st.nın yaxınlğı)

20 dekabrın saat 19:00-da Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Kino Evində, Azərbaycanın ilk internet serialının nümayişi olacaq. Ünvan:Həsənbəy Seyidbəyli 18. (İçəri Şəhər metro st.nın yaxınlğı)
Azərbaycan Film Akademiyasının istehsalı olan Sayrışan İşıqlar tibbi mövzuda internet serialının əsas tanıtımı paylaşıldı.
3 yanvarda yayımlanması planlanan Ip man 4 filminin tanıtımı paylaşılıb. WingChun döyüş növünün ustası Ip Man, ABŞ-na WingChun məktəbi açan və bununla yerli döyüş növləriylə münaqişəyə səbəb olan tələbəsinin yanına gəlir.
Azərbaycanda kino sahəsində olan münbit şərait filmin inkişaf etdiyi ölkələrdə yoxdur desək şişirtmiş olmarıq. Çünki Azərbaycan film sektoru kəşfedilməmiş torpaqlardır.
Film Türkiyənin son zamanlarda çəkilmiş ən uğurlu dram ssenarisi demək olardı amma…
Psixoloji qısa film tezliklə
AZƏRBAYCAN FİLM AKADEMİYASI “THE BEST OF AZERBAIJAN” MÜKAFATINA LAYİQ GÖRÜDÜ. Mükafat, Azərbaycan Film Akademiyasının təsisçi və direktoru Zaur Tahirsoya təqdim edilib.
Dünya film arenasında ideya qıtlığı yaşanır. Bir Zamanlar Hollywood’da (
Once Upon a Time in… Hollywood (2019) ), “Rambo: Last Blood (2019)” kimi filmləri əyani sübut kimi dəyərləndirmək olar.
Könüllülük proqramında uğur qazanan gənclər Azərbaycan Film Akademiyasında təcrübə qazandığı sahə üzrə peşəkar fəaliyyətini davam etdirə bilər.
Azərbaycan Film Akademiyası və Medplus TV nin birgə layihəsi olan “Sayrışan İşıqlar” adlı tibbi serialın ikinci tizeri “Youtube” üzərindən yayımlandı.
Qeyd edək ki, serial tibbi mövzu ilə yanaşı dedektiv janrı da əhatə edəcək.
Sayrışan İşıqların iknci tizeri Medplus TV Yutub kanalına ermənicə də daxil olmaqla 20 dildə alt yazı ilə yayımlanıb. Serialın tam hissəsi də ən azı 20 dildə izləyicilərə təqdim ediləcək.
Tibbi serial televiziya və kinoteatr kimi vasitələrdən imtina edərək sırf sosial media (Youtube) və azfilmacademy az saytı üzərindən yayıma girəcək. Bu yenilik Azərbaycan film sektoruna canlanma gətirəcəyinə əminik.
Layihənin baş tutmasında “Netflix”in təcrbələrindən geniş istifadə ediləcək.
Azərbaycanda maraqlı yerli və milli film istehsal etməyi, eyni zamanda film sahəsində yeni cığır açmağı hədəfləmişik. Əlbəttə bu işdə ən böyük vəzifə izləyicilərə düşür. Paylaşılan materiallara pis ya da yaxşı fərq etməz, öz obyektiv fikirlərini əlavə edərək sosial mediada paylaşmaları layihənin qısa zamanda uğur qazanmasına bir başa təsir edəcəkdir.