Öncə saytınızı təbrik edirəm! Uzun ömürlü olsun və ölkəmizim audiovizual sahəsinə öz tövhələrini versin. Mövzuya gəlincə, Qadın olaraq Azərbaycanda heç bir sahədə o qədər də asan deyil.)

Xüsusən rejissorluq kimi idarə etmə, fikirlərini yansıtma və müxtəlif xarakterli insanların cəm olduğu kollektivlə işləmə tələb edən sahədə. Çünki bizim mentallıqda Qadın ikinci dərəcəli, zəif və kişi yanında söz sahibi olmayan biri kimi qəbul olunur.
Rejissorluq sənəti isə bu stereotipləri təmamilə dağıdır. və bəzən tabeçiliyində olan kişi cinsinin nümayəndələri bunu birmənalı qarşılamır.(evdə bişmiyib, qonşudan gəlmiyib..) Peşə borcları avtomatik ikinci plana keçir onlarçün.) Ama şəxsən mən idarəetməni yaxşı bacardığımçün belə hallarla çox da qarşı-qarşıya qalmamışam. Çünki hər zaman peşəkarlarla işləməyə çalışmışam.

ÇƏTİNLİKLƏRİ…

Elə çətinliklərindən birini az öncə yuxarıda dedim. Mənimçün elədə çətinliyi yoxdur sənətimin. Çünki işini bilən adam nə edəcəyini yaxşı bilir və süni problemlər olmasa, heç bir çətinlik də olmaz. Sevdiyin işlə məşqulsan. Ümimiyyətlə bir şey deyim-bu işdə öncə xarakterli olmalısan! Dözümlü, səbrli və mətin. Xarakterin möhkəm deyilsə səni tez əzəcəklər və səpələnib gedəcəksən. Çətin sənətdi rejissorluq. Həyat içində, həyat modeli qurursan. Nə isə çəkirsən, yaradırsan və ətrafında onlarla adam çalışır. Onlar yalnız sənin ağzından çıxacaq sözü və yön verəcəyin istiqaməti gözləyir və elə də hərəkət edir. Möhkəm xarakterə və ağla malik olmasan mümkün deyil. Məişətdə çətinlikləri o ola bilər ki, bəli, bu iş sənin gecəni-gündüzünü ala bilər. Qadın kimi bəzən özünə, gözəlliyinə, sağlamlığına o qədər də fikir verə və vaxt ayıra bilmirsən. Ailəlisənsə ümumiyyətlə problemin əksik olmaz. Bu sənətdə formalaşmış xarakterin bəzən özün də hiss etmədən ailənə təsir edə bilər. Evdə idarəetməni avtomatik üstünə götürürsən, bəzən həyat yoldaşına da çaşıb sözü və ya təklifi elə deyirsən ki, əmr, göstəriş şəklində olur və təbii ki bu da qarşı tərəfdən yaxşı qarşılanmır və söz-söhbət yaradacaq. Gərək burda da ağıllı olub vəziyyəti ehmallıca ələ alıb, yenidən ‘quruluş’ verəsən.)) Dialoqu yeniləyəsən)).Sevgi olan yerdə hər şey yerini alır.

AVANTAJLARI.

Odur ki, bir şəxsiyyət olaraq çox güclü olursan. Hər sahədə dostların, əlaqələrin, hər hansı bir situasiyadan çıxmaq məharətin olur. Çünki biz obrazlarla, xarakterlərlə işləyirik. Necə deyərlər-yaxşı rejissor, həm də yaxşı psixoloq olur. Ağzını açmadan insanları duya bilirsən, o adamın növbəti addımın nə olacağını artıq təxmin edə bilirsən və tədbirli olursan. Əsası səni idarə edə bilmirlər, Sən idarə edirsən- vəziyyətdən asılı olmayaraq. Digər tərəfdən də avantajı odur ki, öz ekran işlərinlə cəmiyyətə fikirlərini ötürə, yansıda bilirsən. Rejissorun işi nədir? yönləndirmək. Türklərdə daha dəqiq qoyulub bu peşənin adı- Yönətmən. Yönləndirirsən insanları, tamaşaçılarını və nəhayətdə cəmiyyəti. Ona görə də düşünürəm ki, bu sahəyə ağlı, deməyə sözü olan, yüksək mənəviyyata və zövqə malik insanlar gəlməlidirlər. Çünki bıçaq həkim əlində şəfa verici, qatil əlində təhlükəli alətdir. Əgər rejissor təbii ağıllı və müdrikdirsə, o cəmiyyətdəki neqativlərə, eybəcərliklərə öz münasibətini işiylə bildirib,nəyin pis və ya yaxşı olduğunu göstərib, deyə bilər. Və bunu da ustalıqla etməlisən ki, insanlar sənin nə dediyini anlıyıb, arxanca gələ bilsin.

QADIN REJİSSOR FİLM SETİNİ ƏLƏ ALA BİLİRMİ?

Qadınlar istəsə dünyanı idarə edər, film seti nədir ki?)) Yuxarıda sadaladığım keyfiyyətlərə və xarakterə malikdirsə rejissor, bir mənalı şəkildə ələ alıb, idarə edir. Mən əsl rejissordan danışıram təbii ki..Bu sənətə təsadüfən və ya elə-belə gələn adamlardan yox. Söhbət ciddi rejissordan gedir. Məsələn mən kütləvi səhnələrl də zövqlə işləyirəm. Və Televiziyada bilirsiz ki verilişlərdə də massovka dediyimiz, insan kütlələri olur. və mən də çox sayda tok-şou və sair işləmişəm. Tamaşaçımı da xüsusi sevgiylə tabe edib, idarə etmişəm. Hətta 2007 ci ildə Dünya Güləş çempionatının açılış mərasiminə quruluş verəndə 500 nəfər insanla (massovka) eyni anda işləmişəm. Bununçün liderlik qabiliyyətin də olmalıdır. Belə xüsusiyyətləri olmuyan insan üçün bu sahədə işləmək çətin olar.

QADINLIĞIN REJİSSORLUĞA QATQISI VARMI?

Verdiyiniz söhbət istiqamətləri biraz fərqli və maraqlıdır.)) Təbii ki var. Rejissorluq öncə zövq məsələsidir. xüsusən Tv də. Bu da qadınlarda daha incə və xüsusi olur. Qadın həssasdır və qoyub, yanaşdığı məsələlərə də həssas yanaşacaq və situasiyanı dərindən duyub, həllinə də dərindən çalışacaq. Qadın böyük qüvvədir sözü elə- belə deyilməyib ki…Bir də bu mövzunu ustadım Ramiz Həsənoğlunun unutmadığım bir sözüylə sözüylə tamamlıyacam. O deyir-”Rejissorun nə Qadını, nə Kişisi?!” Rejissor hər yerdə elə rejissordur! Və mən bu fikirlə tam razıyam!)) əlavə sualınız yoxdursa, təşəkkür edirəm və uğurlar arzu edirəm!

VÜSALƏ MİRZƏYEVA REJİSSOR

azAzerbaijani