Azərbaycan Film Akademiyası Könüllülər komandası sosial psixoloji mövzuda qısa çarx ərəsəyə gətirdilər. The Duck Syndrome 

Mövzu, Sosial mediada ördək sindromu haqqındadır. Bu barədə layihənin ideya müəllifi və rejissoru
Zaur Tahirsoy (Imdb) bunları bildirib:

Texnalogiya həyatımıza daxil olması ilə yanaşı yeni və müsir xəstəlikləri bərabərində gətirir. Bunların başında natamamlıq kompleksi durur desək yanılmarıq. Belə ki, insanlar sosial mediadan “xoşbəxt” anlarını paylaşan cütlükləri və ya fərdləri müşahidə edərək özünü natamam hiss edir. Və başlayır “xoşbəxt görünüşlü” şəkillər paylaşmağa. Buna psixologiyada “Ördək Sindoromu” deyilir. Yəqin hər kəs ördəyin su üzərində necə rahat seyr etdiyini müşahidə edib. Suyun altında ayaqları ilə necə əziyyət çəkdiyini bircə ördəyin özü bilir.
Odur ki, insanlar xoşbəxt görünməkdən çox xoşbəxt olmağa üstünlük verməlidirlər. Sosial mediyada paylaşılanlar sadəcə şəkildir.

Layihənin ərəsəyə gəlməsində Azərbaycan Film Akademiyasının həmtəsisçisi Könül Sərkərzamanova, icraçı direktor Tural Əliyev aktiv iştirak etmişdir. 80 nəfərdən ibarət könellü komandasından Sübhi Sədıyev, Mərva Məmmədova, Orxan İbrahimov, Kamal İbadov, Sadıqov Aqil, Ayşən Məmmədova,Humay Musazadə, Əhmədova Aişə rol almışdır. Çarxın quruluşçu operatoru Elvin Əsgərovdur.

Imdb – The Duck Syndrome 

Çarx, Azərbaycan Kino Akademiyasının, Milli Kino MərkəziYoutube” kanalında yayımlanıb.

azAzerbaijani