Azərbaycanda kino sahəsində olan münbit şərait filmin inkişaf etdiyi ölkələrdə yoxdur desək şişirtmiş olmarıq. Çünki Azərbaycan film sektoru kəşfedilməmiş torpaqlardır.

Sadəcə bir qrup iş bacarmayan “kino” istehsalçıları mənasız və bərbad filmlər ərəsəyə gətirdi və təbii olaraq film xərclənən məbləği belə geri qazandırmadı. Bununla da investorların bu sahəyə yaranan şiddətli marağı elə həmin şiddətlə də itdi. Artıq on minlərlə manatını itirən sahibkarın yanında kinonun “K” hərifini belə çəkmək olmur.

Bu işdə ələbəttə ki, investorların da günahı var. Çünki araşdırmadan, sadəcə danışığa etibar edərək yatırım ediblər.

Hazırda bir-iki istehsalçı sadəcə öz auditoriyası üçün (na) məlum janrda filmlər istehsal edir. Bu da Azərbaycan kinosunun tək tərəfli “inkişafına” səbəb olur.

Başda ssenari problemi olmaqla ciddi çatışmazlıqları olan kinematoqrafçılar film sahəsinin inkişaf etməməsinin səbəbini dövlətdə görüb, öz ağlına uyğun tələblər etməkdənsə yaxşı ssenari ilə uyğun yerlərə müraciət etsə zatən filminə asanlıqla maliyyə tapacaq. Əgər tapa bilmirsə bu onun özündən və ya layihəsinin uğursuz olmasından xəbər verir.

Dövlət zatən film sahəsinin inkişafı üçün lazım olan maddi və mənəvi dəstəyi göstərir. Bu rəsmi rəqəmlərlə rəsmi qəzetlərdə də dərc edilir.

Zaur Tahirsoy Sosial psixoloq, kinorejissor.

en_USEnglish
azAzerbaijani en_USEnglish