Azərbaycan Film Akademiyası yeni xidməti elan edir. Belə ki, artıq film istehsalçıları, ” çəkdiyim filmi dünya festivallarına necə göndərə bilərəm?”, “filmim hansı festivala uyğundur?”, “IMDb-də necə qeydiyyatdan keçə bilərəm?” və buna oxşar bir çox sualın cavabını bir mərkəzdə, Azərbaycan Film Akademiyasında tapa bilərlər.

azfilm akademiyasi ofis
azfilm ofis

Dünyada hər gün mindən çox film festivalı çəkilən filmləri qəbul edir. Film festivalları mövzu və qaydalarına görə fərqlənir. Eyni zamanda janrına, metrajına, hətta spesifik qaydalarla fərqlənən film festivalları var. Misal, sadəcə rejissorların ilk işini qəbul edən və ya filmdə 100 kəlmə istifadə edilən filmləri qəbul edən festivalları göstərmək olar.

Azərbaycan Film Akademiyası film istehsalçılarının işini yüngülləşdirir. Filmlərini Azərbaycan Film Akademiyası vasitəsilə, janrına uyğun olaraq yüzdən çox festivala göndərə bilər. Eyni zamanda film üçün IMDb-də profilin açılmasını və yaradıcı heyyətin adının qeyd edilməsini təmin edir.

en_USEnglish
azAzerbaijani en_USEnglish