Film Türkiyənin son zamanlarda çəkilmiş ən uğurlu dram ssenarisi demək olardı amma….

Türkiyədə Joker filmini belə reytinqdə altda saxlayan 7 koğuştaki mucize filmi emosiyalara birbaşa təsir edən estetikaya malikdir. Film Türkiyənin son zamanlarda çəkilmiş ən uğurlu dram ssenarisi demək olardı amma çox təəssüf 7 koğuştaki mucize eyni adlı Cənubi Koreya filminin ssenarisinə mənsubdur. Amma buna baxmayaraq Aras Bulut fərqi kinoda özünü bariz göstərir. Möhtəşəm oyunculuq qabiliyyəti ilə izləyiciləri heyran qoyan Aras Bulut filmə öz damğasını vurub.

Amma bütün türk filmlərində olduğu kimi izləyiciləri əsas fikrə yönləndirmək üçün filmdə süni alınan və səthi yanaşılan səhnələr mövcuddur.

Bütün bunlara baxmayaraq ata-qız mövzusunun həssaslığı və atanın əqli geri, qızın tənhalığı özlüyündə kifayət qədər təsirli səhnələrdir.

Film izləyicilərə mərhəmət, ailəyə qarşı diqqət və sevgini aşılayır.

Bir sözlə plagiat olmasına baxmayaraq möhtəşəm oyunçu komandası ilə
7 koğuştaki mucize izləməyə dəyər bir filmdir.

Zaur Tahirsoy

en_USEnglish
azAzerbaijani en_USEnglish