Azərbaycan Film Akademiyasının ilk Könüllülük proqramını bitirən könüllülər sertifikatlara təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2020-ci il Könüllülər ili elan edilib. Məhz Azərbaycan Film Akademiyasıda 3 aylıq Könüllülük proqramında iştirak edən gənclər sertifikatlara təltif edilib. Azərbaycan Film Akademiyasının direktoru Zaur Tahirsoy çıxışı zamanı bildirib ki, gənclər bu cür Könüllülük prinsipi əsasında təşkil olunan tədbirlərdə iştirak etməklə özlərini kəşf etmiş olurlar. Cənab prezident İlham Əliyevin 2020-ci ili Könüllülük ili elan etməsi bir daha sübut edir ki, gənclərə göstərilən diqqət və qayğı daima ön sıradadır. Bildiyiniz kimi Azərbaycanda keçirilən beynəlxalq tədbirlər 1ci Avropa oyunlar, islam həmrəylik oyunları, formula 1 və digər yarışlara ev sahibliyi edib. Keçirilən tədbirlərdə isə könüllülərin rolu böyükdür. Düşünürəm ki, məhz 2020-ci ildə gənclər Könüllülük proqramlarında daha aktiv iştirak edəcəklər.
Azərbaycan Film Akademiyasının icraçı direktoru Tural Əliyev könüllülərlə 2020-ci il Könüllük ilində fəaliyyətlərində uğurlar arzuladı və gələcək Könüllülük proqramlarında məsuliyyətli yanaşmağa çağırış etdib. Bildirib ki, Azərbaycan könüllüləri MDB və bir çox dünya ölkələri arasında sözünü deyən bir dövlətin gəncləridir.
Tədbirdə Sayrışan İşıqlar internet serialı çərçivəsində aktiv iştirakçılar sertifikatla təltif edildikdən sonra 2019-cu ildə “İlin Könüllüsü” adını qazanmış Şahru Şabanov təcrübəsini könüllülərlə bölüşdü.