Sakların şahzadəsi Tomris haqqında Qazaxstan film çəkir.

TOMRİS FİLMİ HAQQINDA


Filmin rejissoru daha öncə “Racketeer”, “Mın Bala” ve “The Liquidator” kimi filmləri ilə tanınan Akan Sataev 2017 ci ilin dekabr ayında əfsanəvi qadın hökümdar Tomris  haqqında film çəkəcəyi barədə elanı sosial  mediada paylaşmışdır. 
Qazaxıstan dövlətinin dəstəyi ilə tarixi şəxsiyyətin film çəkilişlərinə start verildi və artıq tamamlanmaq üzrədir.


Tomris filmində Azərbaycanlı aktyorlar da rol aldı. Belə ki, “Action Academy”nin təsisçisi və “Sain’s Team”in rəhbəri Sain Fərhad Fərmanlı komandası ilə birgə Tomris filminin döyüş səhnələrində aktiv rol aldı. Qeyd edək ki, Sain Fərhad komandası ilə birgə beynəlxalq kaskadyor komandası olan NOMAD STUNTS ın üzvü və Azərbaycandakı nümayəndəsidir.  Nomad Stunts ın rəhbəri
Jaydarbek Kunqujinov tərəfindən dəvət alan komanda, 

Sain Fərhad, Tural Şirməmmədov, Tural Xəlili, Emin Abışov, Vüqar Məmmədovdan ibarətdir.

Onu da qeyd edək ki, filmdə Tomris obrazını canlandıran Almira Tursın ixtisasca psixoloqdur. Daha öncə heç bir filmdə rol almayan Almira Tomris filminin 3 mərhələli kastinqlərini uğurla keçərək rol almağa haqq qazanmışdır.

  • Film 2019-cu ildə yayımlanması planlaşdırılır.

azAzerbaijani