Ssenari Mühəndisliyi – Kino Ssenarisinin Dəqiq Elmi!

Kino sadəcə təsəvvür deyil, o bir mühəndislik işidir! Ssenari yazmaq şans əsəri baş verən proses deyil – onun dəqiq formulu var. Və bu formulu ilk dəfə bir sistem halında təqdim edən kitab artıq buradadır!

“Ssenari Mühəndisliyi” – Ssenari Yazanlar Üçün İnqilabi Təlimat

Bu kitab klassik dramaturji strukturları unudub, yeni nəsil ssenari yanaşmasını öyrənmək istəyənlər üçün yazılıb. Artıq ssenari hisslərə və təsadüfi ilhama əsaslanmır – o, mühəndislik kimi qurulan bir sistemdir!

Nə Öyrənəcəksiniz?

“The Line” metodu – Ssenari qurmağın yeni yanaşması
Netflix dramaturgiyası və müasir ritmə uyğun ssenari yazmaq
Ssenari strukturlarının elmi izahı və praktik tətbiqi
Dünyada ən çox işlənən ssenari sistemlərinin müqayisəsi və təkmilləşdirilməsi
Kino dili ilə düşünməyi və vizual dramaturgiyanı mənimsəmək


Kitabın Əlçatanlığı
“Ssenari Mühəndisliyi” kitabı ilkin mərhələdə yalnız Azərbaycan Film Akademiyası tələbələri üçün əlçatan olacaq.
Kitabın ingiliscə versiyası isə artıq Amazon-da satışdadır! Dünyanın istənilən yerindən əldə etmək mümkündür.

🔗 Amazon Linki:

Ssenari yazmaq şans deyil – O, dəqiq hesablanmış sistemdir.
Əgər sənin məqsədin təsadüfi ssenari yox, sistemli və güclü bir hekayə yaratmaqdırsa, bu kitabı oxumağa başla!


Müəllif haqqında

Zaur Tahirsoy – ssenarist, rejissor, prodüser və sosioloq. Azərbaycan Film Akademiyasının qurucusu olan Zaur Tahirsoy, Azərbaycan kinosunun inkişafına öz töhfəsini vermiş, onlarla uğurlu film, serial və teatr tamaşasına imza atmışdır.

“Ssenari Mühəndisliyi” kitabı onun ssenari yazımı ilə bağlı 5 illik araşdırmalarının və təcrübəsinin nəticəsidir.

Hazırda Zaur Tahirsoyun “Aktyor Alqoritmi” və “Kinorejissorlar” adlı yeni kitabları da hazırlıq mərhələsindədir. Bu kitablar aktyor sənəti və rejissorluq sahəsində yeni yanaşmalar təqdim edəcək.

“Ssenari Mühəndisliyi” ilə başlayan bu kitab seriyası, kino sənətinə sistemli və elmi yanaşmanı gətirməyi hədəfləyir.

azAzerbaijani