Söhbətə başlamadan öncə qısa olaraq bildirmək istəyirəm ki, döyüş səhnələrinin effektivliyi daha çox bir növün deyil, bir neçə növün sintezindən asılıdır.

Siz deye bilərsiniz ki, bəs necə olur “İp Man” filmi bir növün üzərində qurulub və bir növü təbliğ edir amma döyüşlər effektiv alınıb? Məntiqli sualdır.

Amma siz həmən filmdə baş rolu oynayan Donnie Yen-nin digər filmlərinə baxsaz, sualınıza cavab tapa bilərsiniz. Donnie Yen digər filmlərdə qurduğu döyüş səhnələrində bir neçə növdən istifadə edir və döyüşlərdə gözlənilməz anları müşahidə edirik. Bu da ona səbəb olur ki, bir döyüş səhnəsini izlədikdən sonra digər döyüş səhnəsini də maraqla gözləyirik. Lakin eyni döyüş növündən istifadə etməklə, daim eyni texnikanı izləyən izləyiciyə darıxdırıcı anlar yaşada bilərsiz. Məxsusi bir növü təbliğ edən filmə əsasən, döyüş növləri ilə məşğul olan və ya həmən növlə məşğul olan tamaşaçılar maraq göstərə bilərlər. Mən özüm belə filmlərə bir dəfədən artıq baxa bilmirəm. Belə filmlərə ikinci dəfə baxmaq üçün gərək filmdə dərin mənalı mövzu aşkar edim.

Bir misal da “Ong Bak” filmini göstərə bilərəm. Baxmayaraq ki film öz döyüş səhnələri ilə hamını valeh etdi, lakin filmə bir dəfədən artıq baxmaq olmur. Başqa bir filmi də misal olaraq nəzərinizə çatdırım – “The Raid” The Raid filmini izləmək üçün mən, sadəcə youtube səhifəsinə keçib ayrı-ayrılıqda döyüş səhnələrini izlədim. Çünki filmin ssenarisi çox bəsit idi. Döyüş səhnələrinin arasında olan mənasız səhnələrə görə vaxt itirmək istəmədim. Lakin sadaladığım fimlərin döyüş növləri həqiqətən çox gözəldir. Lakin yuxarıda qeyd etdiyim iki filmin (The Raid və Ong Bak) baş qəhramanlarını Donnie Yen-lə müqayisə etmək istəmirəm. Çünki ustalıq baxımından Donnie daha çox cəlbedicidir.

SAİN FƏRHAD FƏRMANLI SHOW REEL 2018

Bir vacib məsələni də qeyd edim ki, sadaladığım filmilər əsasən baş rolu oynayan aktyoru tanıtmaq və böyük gəlir əldə etmək üçün ortaya qoyulmuşdur.

Belə filmlər əsasən kino bazarına intiqrasiya edən yeni aktyorlar və onların üzərində gəlir əldə etmək üçün atılan addımlardır.
Əvvəldə dediyim kimi, döyüşlərin cəlbedici olması üçün döyüşçü aktyor müxtəlif döyüş növləri ilə məşğul olmalıdır.


Çox vaxt üzləşdiyimiz vəziyyətlərdən biri də budur ki, hər hansı bir döyüş növü ilə məşğul olan idmançı düşünür ki, hər an filmlərdə döyüş səhnələrində çəkilməyə hazırdır. Lakin bu işin, yəni kamera önündə döyüşün, tatamidəki və ya rinqdəkindən fərqinin nə qədər çox olduğunu təsəvvür etmir. Məntiqlə fikirləşsək, əyər bu belə olmasaydı, o zaman döyüşçü akyorlara və kaskadyorlara nə gərək var idi?

İllərlə bu sahənin incəliklərini öyrənməyə nə eytiyac var idi? Film çəkmək üçün, istənilən idmançını dəvət etmək olardı. Amma diqqət yetirsək görərik ki, peşəkar döyüşçülərin yarışları zamanı real olan döyüşlərin heç birinin çəkilişi, indiyədək filmlərdəki qədər effekli alınmayıb. Deməli, hər sahənin öz qayda-qanunu və prinsipləri mövcuddur və hər sahənin də öz peşəkarı var!


Sizə, bu yolda daha çox dərk etməyi və fərqləndirmə bacarığına çatmanızı arzu edirəm!

SAİN FƏRHAD FƏRMANLI

azAzerbaijani