Ötən günlərdə Azərbaycan Film Akademiyasında “Olar” filminin daxili baxışı keçirilib.

Film haqqında

Filmdə yetişkin bir insanın azyaşlı qız uşağı sayəsində pis vərdişlərdən xilas olmağa çalışmağı göstərilir. Bu qız dayısına bilmədən mənəvi cəhətdən kömək olur.

  • Rejissor Elay Nadir

“Olar” filmi İmran obrazının sevgisizlik görməyindən bəhs edir. Film aktyorların üzərinə yazılıb deyə bilərəm.” Elay Nadir

Rejissorluq yoxsa Aktyorluq?

Elay Nadirə görə “hər bir aktyorun məqsədi yaxşı rejissorun uğurlu proyektinə düşməkdir, hər bir rejissorun da məqsədi uğurlu bir proyektdə yaxşı aktyorlara şöhrət qazandırmaqdır”

Tələbə Aktyorlarla iş necə idi?

“Çətin idi, eyni zamanda tələbə aktyorlarla iş çox maraqlı, əyləncəli və öyrədici idi. Özüm də tələbə rejissoram deyə onlarla empatiya qurdum və yaxşı komanda işi ərsəyə gətirdiyimizə inanıram.

Filmin izlənmə sayının az olmağı məni sevindirir

Hər bir aktyor və rejissor, ümumiyyətlə bu sahədə işini bilən hər kəs öz işini tam olaraq bəyənmədiyi kimi, mən də izləyici kimi öz işimi bəyənmirəm”

  • Sizə görə “Olar” nə deməkdir? / Həvva həmişə sağ qalır!

“Həvva həmişə sağ qalır. Filmdə İmran Həvva adlı bir personajın şəklini çəkirdi, İmran ‘Havva həmişə sağ qalır’ deyir. Həyatda İmran kimi deyil Havva kimi qalmaq olar

Elay Nadirin rejissorluq yaradıcılığı da diqqət çəkdi.

-Bir çox milli filmdən səhnə çəkmişəm. “Yuxu” , “Arxadan vurulan zərbə” ,” Ögey Ana”, “Ad Günü”, “Ulduz” və s.

Filmləri

“Kulis 3”

“Olar”

“00.15”

“Tək qatılmaq istəmirəm”


azAzerbaijani