Türkiyədə aktyor olmaq sualı Azərbaycanda aktyor olmaq istəyən hər kəsi maraqlandırır. Öncəliklə onu qeyd edək ki, aktyor öz ölkəsinin simasıdır və öncəliklə öz ölkəsini təmsil edir. Türkiyədə aktyor olmaq üçün əvvəlcə Azərbaycanda aktyor sənətinə yiyələnib və peşəkarlaşmaq lazımdır. Daha sonra Türkiyədə aktyor olmaq üçün Türkiyədə etibarlı aktyor agentliyinə (oyunculuk ajansı) üzv olmaq ilk addımlardan biridir. Sonrakı addımda tanınmış aktyorların özəl teatrlarına yazılmaq və səhnə almaqdır. Təbii ki, bu müddət ərzində Türkiyədə aktyor olmaq üçün orada yaşamaq və işləmək icazələriniz olması vacibdir. Anlayacağınız Türkiyədə aktyor olmaq asan proses deyil. Orada aktyor namizədləri çoxdur. Azərbaycanlıya növbə gələnə kimi uzun illər keçəcək. Türkiyədə aktyor olmaq üçün ən asan yollardan biri də Rejissor, prodüser və ya menecerlərlə güclü əlaqələrin olmasıdır. Təbii ki, bu əlaqələr sizin peşəkar aktyorluq və türk dili bilgiləriniz olduğu halda işə yarayacaq.

azAzerbaijani