AKTYOR
E-mail: info@azfilmacademy.az
Brief info

Azər Rauf oğlu Aydəmirov (Azər Aydəmir) 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 46 saylı orta məktəbi bitirib. Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub. Ailəlidir 1 övladı var.

Məktəbi bitirdikdən sonra bir sıra avtomobil şirkətlərində PR və Marketing meneceri vəzifəsində çalışıb. 2008-ci ildə Zirvə Motors (İsuzu) Şirkətinin direktoru işləyib. 2005-ci ildən 2014-ci ilə kimi restorator olub. Bakının tanınmış karaoke klublarının əsasını qoyub. 2009-cu ildən etibarən aktyorluq fəaliyyətinə başlayıb. İlk öncə bir sira reklam və kliplərdə çəkilən Azər Aydəmir 2010-cu ildən bəri mütəmadi olaraq filmlərə, seriallara çəkilir. O, 2012-ci ildə "Xoca" filmində Yuri Kovalyov obrazı ilə tanınıb. Aktyor 20-dən çox filmdə çəkilib.

en_USEnglish
azAzerbaijani en_USEnglish