Klassika hər zaman dəyərlidir, amma müasir dövrdə yeniliklər də çox önəmlidir. Çünki müasir insanın diqqətini cəlb etmək üçün zamana uyğun məhsul istehsal etmək lazımdır. Digər sahələr kimi film sənayesində də buna xüsusi diqqət yetirmək lazımdır. Elə bu səbəbdən “Babək 2020” layihəsinə start verdik. Azərbaycanda bu layihənin öhdəsindən gələ biləcək potensial mütəxəssislər var. Sadəcə onlara imkan yaratmaq lazımdır. Mənim fikrimcə, bu layihə Azərbaycan gənclərində ruh yüksəkliyi yaradacaq, paralel olaraq onlarda həm vətənpərvərlik , həm də dövlətçilik əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb olacaq. Filmin qrafika ilə bağlı məsələlərinin həllini Famil Əsədov (LİMAF) öz üzərinə götürub. O, şərait yaradıldığı təqdirdə xarici filmlərdəkindən geri qalmayan görüntü əldə etmək mümkün olacaq.
Çəkilişlərə peşəkar Azərbaycan aktyorları ilə yanaşı, əcnəbi aktyorların da dəvət edilməsinin planlaşdırıldığını deyən Z.Tahirsoyun fikrincə, onların yeni filminin də Sovet dövründə çəkilmiş məşhur “Babək” filmi kimi zirvələri fəth etməsi mümkündür.