Tag: medplus tv

TİBBİ SERİAL – SAYRIŞAN İŞIQLAR – TEASER 2

Azərbaycan Film Akademiyası və Medplus TV nin birgə layihəsi olan “Sayrışan İşıqlar” adlı tibbi serialın ikinci tizeri “Youtube” üzərindən yayımlandı.

Qeyd edək ki, serial tibbi mövzu ilə yanaşı dedektiv janrı da əhatə edəcək.

Sayrışan İşıqların iknci tizeri Medplus TV Yutub kanalına ermənicə də daxil olmaqla 20 dildə alt yazı ilə yayımlanıb. Serialın tam hissəsi də ən azı 20 dildə izləyicilərə təqdim ediləcək.

Tibbi serial televiziya və kinoteatr kimi vasitələrdən imtina edərək sırf sosial media (Youtube) və azfilmacademy az saytı üzərindən yayıma girəcək. Bu yenilik Azərbaycan film sektoruna canlanma gətirəcəyinə əminik.

Layihənin baş tutmasında “Netflix”in təcrbələrindən geniş istifadə ediləcək.

Azərbaycanda maraqlı yerli və milli film istehsal etməyi, eyni zamanda film sahəsində yeni cığır açmağı hədəfləmişik. Əlbəttə bu işdə ən böyük vəzifə izləyicilərə düşür. Paylaşılan materiallara pis ya da yaxşı fərq etməz, öz obyektiv fikirlərini əlavə edərək sosial mediada paylaşmaları layihənin qısa zamanda uğur qazanmasına bir başa təsir edəcəkdir.

en_USEnglish