Anasının arzularını gerçəkləşdirmək üçün tibb təhsili üçün Türkiyəyə gedən Həyat təhsil ala bilmir amma bunu anasından gizlədir. Təhsil müddətində Türkiyədə yaşayır və ordakı özəl klinikaların birində xadimə kimi çalışır. Bütün tibbi bilgiləri də məhz burda alır. Təhsil müddəti bitdikdən sonra Azərbaycana, kəndlərinə qayıdır. Hər kəs onu həkim olduğu üçün təbrik edir. Həyat da təhsil almadığı deməyə utanır və həkimlik fəaliyyətinə başlayır. Öz metodları ilə müalicə edən Həyat həkimin şöhrəti tez zamanda paytaxta yayılır və özəl klinikaların birinə dəvət alır. Bütün macəraları beləcə başlayır.

Leave a comment

azAzerbaijani