Azərbaycan Film Akademiyası, Aktyorların etik davranış kodeksini yayımladı. Aktyorların Etik Davranış Kodeksi aktyorluq fəaliyyətinin etik prinsiplərinin və standartlarının toplusudur. Kodeks aktyorlar üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşə etikası məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir.
17 əsas maddədən ibarət olan Aktyorların etik davranış kodeksi ümumi müddəalar daxil olmaqla, Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar aktyorun davranış qaydaları və peşə fəaliyyətindən kənar həyata keçirilməsi ilə əlaqədar aktyorun davranış qaydaları qeyd edilmişdir.
Əsas maddələr aşağıdakılardan ibarətdir.
- Aktyor ləyaqəti
- Aktyor disiplini
- Həmkar ləyaqətini qorumaq
- Pərəstişkarlara qarşı münasibət
- Şöhrətin dərk və idarə edilməsi
- Vəzifə və mövqedən sui-istifadə
- İctimai davranış qaydaları
- Siyasi davranış qaydaları
- İnanc və seçimlər, əqidə məsələləri
- Mütaliə və şəxsi inkişaf
- Aktyor təmizliyi və gigiyenası
- Yaradıcı mühitin yaradılması və qorunması
- Tərəf müqabilinə qarşı münasibət
- Aktyor texnikalarında ixtilaflı mövzular
- Komanda işinin təşkili və qorunması
- Layihələrə qarşı münasibət
- Aktyor rejissor münasibəti
Bu Kodeksin tələblərinin pozulması aktyorun fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınır.
Aktyorun etik davranış kodeksi tam şəkildə Zaur Tahirsoyun qələmə aldığı “Aktyorun peşəkar inkişafı” (Postmodern Aktyorluq Sistemi) kitabında yayımlanacaq.