KİNOREJİSSORLUQ TANRILARIN PEŞƏSİDİR

ZAUR TAHİRSOY SOSİAL PSİXOLOQ, KİNOREJİSSOR


Obraz yaratmaq, sujet xətti müəyyən etmək, müqəddəratı təyin etmək… Sadalananların hamısı tanrılara məxsusdur. Kinorejissorluq da bir növ tanrıların peşəsidir.

Yaxşı bəs baxımlı film çəkmək üçün nələrə diqqət etmək lazımdır? Və ya kinorejissor hansı kriterialara sahib olmalıdır?

Hədiyyə qısametrajlı film
Hədiyyə qısametrajlı film

Bir kinorejissorun ali təhsili ola bilər. Film çəkmək üçün şəraiti də həmçinin. Hətta təbriz xalçaları tək gözəl və gözoxşayan ssenarisi də..

Amma bunlar maraqlı və baxılan film ərəsəyə gətirmək üçün kifayət deyil.

Ali kino təhsili işin nəzəriyyə hissəsidir. Praktikada tətbiq edilməyənə qədər heç bir faydası yoxdur.

Maraqlı ssenari filmin olmazsa olmazıdır. Lakin ssenari xammaldır. Yaxşı kinorejissorun işi xammalı dərdədəyər məhsula çevirməkdir.

Estetika filmin şahdamarıdır.
Yaxşı rejissor filmə ruh verir. Eger bir filmin ruhu yoxdursa onun ölüdən fərqi nədir ki?…

Qaydasız Sevgi filmi
Qaydasız Sevgi filmi

Kinorejissor hər şeydən öncə obyektiv baxışa sahib olmalıdır.

Cəmiyyətdə heçkimin görmədiyini və ya az adamın gördüyünü görməlidir. Mütaliəsi çox və paralel olaraq intellekti yüksək olmalıdır. Bir sözlə ziyalı olmalıdr.

Zövq ən əsas meyarlardandır.

Rejissorun insan psixologiyasını bilməsi çox önəmlidir. Çünki yaratdığı məhsulu insanlara təqdim edəcək. Öncədən onların psixologiyasına vurğu etməsi lazımdır.

Filmin cəmiyyət üzərində təsiri olduqca önəmli və geniş mövzudur. Ona ayrıca məqalə həsr etmək lazımdır. Amma onu qeyd edək ki, film insanların seçimlərinə təsir edə bilmək iqtidarındadır. Əgər bir insan keyfiyyətini qorumaq istəəyirsə hər filmi izləməməlidir.

Babək 2020
Babək 2020

Kinorejissor, musiqi, işıq, rəng, hekayə və insan resurslarından ibarət
orkestra dirijorluq edən kəsdir. Rejissorun dühası filmin keyfiyyətini müəyyən edir. Bu mövzuda çox incəliklər var ki, bir məqaləyə sığmaz.

Hörmətlə Sosial psixoloq, kinorejissor Zaur Tahirsoy

en_USEnglish