Titanik faciəsinin üzərindən 100 ildən artıq bir vaxt keçib. Ancaq bu hadisə bu gün hələ də bəzi sirləri özündə saxlayır. Çox insan, Titanik gəmisinin tikintisindən illər əvvəl yazılan və eynilə Titanik Gəmisinin başına gələn hadisələrindən bəhs edildiyi kitabı yəqin ki, eşidib. Biz də bu ktabı əsas götürərək Titanik haqqında maraqlı məlumatları toplamağa çalışdıq.

Morqan Robertsonun Kitabı

Morqan Robertson adlı müəllif 1898-ci ildə yəni Titanik batmamışdan tam 14 il əvvəl bir kitab qələmə alır. Maraqlı bir şəkildə Robertsonun Futility (Boş yerə) və ya Titan batığı adlı kitabında yazılanlar ilə RMS Titanik gəmisinin başına gələn hadisələr bir çox bənzərlik göstərir. Robertsonun kitabında qeyd olunan Titan adlı gəmi 248 metr uzunluğundadır və Southampton limanından yola çıxır. Titanik də eyni limandan yola çıxdı və uzunluğu 252 metr idi.

Romandakı gəmi də eyni Titanik kimi 3 pərvanəli idi. Robertsonun romanındakı Titan, bayraq tərəfindən bir buz dağına dəyir və 1500 nəfər həyatını itirirdi. Titanik də eyni nöqtədən buz dağına dəyir və 1514 nəfər həyatını itirir. Bu gün baxdığımız Robertsonun kitabı ilə Titanik gəmisinin oxşarlıqlarını görərək heyrətə düşürük. Amma o dövrlərdə Robertsonun kitabı çoxda maraq görməmişdi.

Qəribə Oxşarlıqlar

Titanik haqqındakı təsadüfləri yalnız Robertsonun kitabındakIları zənn edirsinizsə, yanılırsınız deməkdir. Çünki Robertsondan daha əvvəl 1892-ci ildə William Tomas Stead, Titanik taleyini eyniylə təkrarlayan bir hekayə qələmə almışdı. Stead, From the Old World to the New adlı hekayəsində eynilə Titanik kimi buz dağına dəyərək batan gəmidən danışmaqdaydı. Bu hekayənin və Robertsonun kitabının nəşr olunduğu illərdə isə Titanik gəmisinin tikintisi başlanmamışdı. Titanik gəmisinin tikintisinə illər sonra, 1909-ci ildə başlanıb və işlər 1912-ci ildə başa çatmışdı.

Qəzaya diqqətsizliklərmi səbəb oldu?

Titanik gəmisi cımi 3547 nəfər tutuma malik idi. Buna baxmayaraq gəmidə, cəmi 1178 nəfərlik qayıq var idi. Titanik çox böyük bir gəmi idi, bu qədər nəhəng bir gəmini hərəkət etdirmək üçün də böyük güc lazım idi. Gəminin mühərrikləri 159 ədəd kömür sobasından qidalanan 29 qazan sayəsində işlədilirdi. Bəs Titanik yola çıxmamışdan əvvəl lazım olan qədər kömür almışdı? Bununla yanaşı, Titanik gəmisinin tikintisində ümumi olaraq polad istifadə edilmişdi. Qədim zamanlarda qılınc hazırlanmasında da istifadə edilən polad möhkəm maddədi və qılıncları çox kəskin hala gətirirdi. Amma təkcə polad biraz çox kövrədir, bu səbəblə dəmirlə qarışdırılırdı. Ancaq Titanikdə təkcə poladın istifadə edilməsi nə qədər məqsədəuyğun idi?

Maraqlı detal

Titanik gəmisinin 4 ədəd nəhəng bacası var idi. Lakin deyilən məlumatlara görə, bu bacalardan 4-cü olanının heç bir funksiyası yox idi. Yəni hər hansı bir qazana və ya kömür sobasına bağlı deyildi. Yalnız gəminin estetik görünüşünü və simmetriyasını tamamlamaq məqsədi ilə qoymuşdu.

Kapitan Edvard Con Smit

Göz ardı edilmiş detal və səhvlərlə yanaşı, gəminin Kapitanı Con Smitin qəzada günahının olub olmadığı bu gün hələ də mübahisə mövzusudur. Kapitan Smit yaxşı təhsil almış və təcrübəli bir dənizçi idi. Bundan başqa, okeana çıxmazdan əvvəl Southamptondan hərəkət edən gəmi uğurla Cherbourg və Queenstowna gətirmişdi. White Star şirkəti Kapitan Smitə çox güvənirdi. Qəza baş vermədən əvvəl bir çox buz dağı xəbərdarlığı alınmışdı. Lakin bu məlumatlar kapitana düzgen şəkildə çatdırılmırdı. Beləliklə, qəzanı təxminən 900 ekipajdan tək Kapitan Smitə yükləmək ədalətsizlik olar.

Hər şey Titanikə qarşıydı

Qəzanın baş verdiyi gecə tam mənada bütün amillər Titanikə qarşıydı. Əvvəla, göydə ay yox idi, hava çox qaranlıq idi. Titanik buz dağının qaranlıq üzünə doğru yaxınlaşırdı. Havada külək yox idi və okean olduqca sakit idi. Bütün bu amillər buz dağının lap əvvəldən görülməsini əngəlləyirdi. Beləliklə, dünyanın ən böyük buxarılı sərnişin gəmisi, göz görə-görə fəlakətə gedirdi.

Xülasə və nəticə

Nəticə etibarilə Titanik faciəsinin üzərindən 100 ildən artıq bir müddət keçib. Qəza tam 1514 nəfərin ölümü ilə nəticələndi. Gəminin batığı, 1985-ci ildə yəni qəzadan 73 il sonra Robert Ballard tərəfindən kəşf edildi. Beləliklə, Titanik hekayəsinə olan maraq yenidən canlandı. Titanik batığının çıxarılma işləri 1986-cı ildən bəri, davam edir. Amma təkcə baş qismi 44.000 ton olan bu gəmini hazırda olduğu yerdən çıxarmaq o qədər də mümkün görünmür.

  • (Mir.az)

Leave a comment

en_USEnglish
azAzerbaijani en_USEnglish