Azərbaycan Film Akademiyası “Babək 2020” filminin hazırlığı fonunda tarixi janrda qısa film çəkdi.

Qısa filmin quruluşçu rejissoru , sosial psixoloq Zaur Tahirsoy film haqqında bunları bildirdi;

“Bildiyimiz kimi tarix insanın gələcəyinə işıq salan nüanslardandır. Ərəsəyə gətirdiyimiz qısa filmin tarixi janrda olmasının əsas səbəblərindən biri Azərbaycan film sahəsində tarixi film janrının inkişafına dəstək olmaq və kino istehsalçılarını bu janra rəğbətləndirməkdir. Çünki tarixini unudan millət məhvə məhkumdur.

Elə bu məqsədlə biz “Babək 2020” layihəsini də tam hazırlamışıq. Və ardıcıl olaraq tarixi şəxsiyyətlərin həyatını lentə almağı planlayırıq. Sadəcə bu növ layihələri dövlət dəstəyi olmadan icra etmək doğru deyildir.  

Yaxın zamanda cənab İlham Əliyevin mədəniyyət işçiləri ilə görşü və film sahəsinə diqqəti bizi daha da çox ümidləndirir. İnanırıq ki, yaxın zamanda yeni “Babək” filmi ilə əlaqəli dövlət diqqətini və qayğısını əsirgəməz. Çünki yeni Babək filmi tarixi işıqlandırmasıyla yanaşı, layihəyə uğun olaraq salınacaq film şəhərciyinin turizmə də faydası olacaqdır.

Çox kiçik imkanlarla ərəsəyə gətirdiyimiz qısa tarixi film daha böyük layihələrin öhtəsindən gələ biləcəyimizin təminatıdır. Sadəcə uyğun şərait dövlət tərəfindən yaradılmalıdır. Çünki mühüm tarixi şəxsiyyətlərin filmində sponsor reklamlarının yayımlanması etik olmaz”

Qeyd edək ki, filmdə “Sain’s Team”in eyni zamanda NOMAD STUNTS Beynəlxalq kaskadyor komandasının üzvü Tural Xəlili, döyüşçü aktyor Çingiz Cabarov , aktyorlardan Cəlil Mirzə iştirak ediblər. Tarixi filmin quruluşçu operatoru Elvin Mikail, quruluşçu rejissoru və ssenari müəllifi isə sosial psixoloq Zaur Tahirsoydur.

Azərbaycan Film Akademiyası, Milli Kino Mərkəzinin istehsalı olan tarixi qısa film Mart ayının ortalarına yayımlanması planlaşdırılır. Filmi izləmək istəyənlərə Milli Kino Mərkəzi Youtube kanalına abunə olub bildiriş düymələrini aktiv etmələri tövsiyə edilir.

Tural Xəlili
en_USEnglish