Azərbaycanda ilk dəfə “Gülüşün 50 Tonu” – Stendap Komediyanın Psixologiyasını Açan Kitab Satışdadır!

Bakıda və bütün Azərbaycanda stendap komediyaya maraq artdığı bir dövrdə, nəhayət ki, bu sənətin psixoloji əsaslarını, texniki quruluşunu və səhnə davranışlarını izah edən ilk kitab yayımlandı! Zaur Tahirsoyun müəllifi olduğu “Gülüşün 50 Tonu” – təkcə bir kitab deyil, stand-up komediya ilə məşğul olmaq istəyən hər kəs üçün bələdçi və praktiki təlimat kitabıdır.

Kitab Haqqında:

“Gülüşün 50 Tonu” – stendap sənətini sadəcə zarafat toplusu kimi deyil, təhlil edilə bilən, öyrənilə bilən və inkişaf etdirilə bilən bir sənət növü kimi təqdim edir. Bu kitabda siz:

  • Zarafat qurmaq texnikaları
  • Vizual və bədən dili ilə güldürmə metodları
  • “Act-Out” və “Punchline” texnikalarının sirləri
  • Tamaşaçı ilə bağ qurma yolları
  • Heckler-lərlə davranış strategiyaları
  • Fail-forward: səhnədə pərt olmağın gücü
    kimi stendapın əsas pillələrini addım-addım öyrənəcəksiniz.

Niyə bu kitab fərqlidir?

Dünyada mövcud olan stendap kitablarının çoxu ya komediyaçıların bioqrafik hekayələri, ya da teorik izahlarla doludur. “Gülüşün 50 Tonu” isə fərqli və praktik yanaşması ilə seçilir:

  • Azərbaycanda yazılmış ilk yerli təcrübəyə əsaslanan stendap kitabıdır.
  • Psixoloji əsaslarla gücləndirilmişdir – sadəcə necə güldürmək deyil, nəyə görə güldürmək izah olunur.
  • Real səhnə nümunələri, məşqlər və praktiki tapşırıqlar ilə doludur.
  • Təkcə stendapçılar deyil, aktyorlar, müəllimlər, təlimçilər və təqdimatçılar üçün də əvəzsiz qaynaqdır.

Kimlər üçün nəzərdə tutulub?

  • Stendapçı olmaq istəyən gənclər
  • Səhnə performansını gücləndirmək istəyən aktyorlar
  • Öz zarafatlarını inkişaf etdirmək istəyən sosial media kontent yaradıcısı
  • Komediyanın strukturunu öyrənmək istəyən yazıçılar və sənətkarlar
  • Gülməyin yox, güldürməyin psixologiyasını anlamaq istəyən hər kəs!

Əlavə İmkanlar:

Kitabı əldə edən oxucular üçün “Açıq Mikrofon” gecələrinə qatılmaq imkanı yaradılacaq. Oxucular zarafatlarını səhnədə yoxlaya və canlı reaksiyalarla inkişaf edə biləcəklər!

Kitab harada satılır?

“Gülüşün 50 Tonu” hazırda Film Akademiyasının daxilində keçirilən təqdimatlarda, fiziki satış nöqtələrində və tezliklə bütün əsas kitab mağazalarında (Ali&Nino, Libraff və Umico və s.) təqdim olunacaq.

Təqdimata özəl qiymət: 35 AZN (Əvvəlki qiymət: 55 AZN)

Gülüşün 50 Tonu – Səhnəyə çıxmadan oxunmalı olan ilk kitab!

Əgər güldürmək istəyirsənsə, bu kitab sənin üçün yazılıb.

@zaurtahirsoy | #StandupPsixologiyası | #Gülüşün50Tonu

en_USEnglish