Azərbaycan Film Akademiyasının istehsalı olan “Sayrışan İşıqlar” adlı tibbi serialı ilk görüntüsü Medplus TV onlayn tibbi kanalından yayıma verildi.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq Youtube platformu üzərindən yayıma girən “Sayrışan İşıqlar” serialının mövzusu tibb olmaqla yanaşı dedektiv janrı da əhatə edəcək. İlkin mərhələdə “Alo Doktor” adı planlanan serial Azərbaycan film sektorunda özünəməxsus rolu olacağı düşünülür.
Eyni zamanda bu layihə kino istehsalçılarını cəsarətləndirəcək və keyfiyyətli filmlərin onlayn yayımına təkan verəcək. Belə ki, azbüdcəli filmlər istehsal edərək kinorejissorlar sahibkarla arada televiziya və kinoteatr vasitəçiləri olmadan baş tutacaq.
Layihənin idea müəllifi Zaur Tahirsoy bu layihəni gələcəkdə və bir çox nəhəng filmlərin müəllifi olan Netflix kimi kino portalına çevirməyi planlayır. Z. Tahirsoy açıqlamasında qeyd edib ki,
“- Azərbaycan filminin inkişafı üçün sahibkarla istehsalçının vasitə olmadan görüşməsi çox önəmlidir. Bu özəl kino sektorunun inkişafına səbəb olacaq. Məlum layihədə peşəkar aktyorlarla yanaşı Azərbaycan Film Akademiyasının aktyorluq kursunu bitirən tələbələr aktiv rol alacaq. Nəticədə daha çox kino istehsal olmaqla film sahəsi inkişaf edəcək. Bu işdə Azərbaycan filminin inkişafını istəyən hər bir fərdə vəzifə düşür. Sadəcə yayımlanan film görüntülərini şəxsi profilində fikirləriylə bərabaər paylaşaraq çox böyük dəstək olmuş olacaqlar. Öncədən hər kəsə təşəkkür edirəm”
“Sayrışan işıqlar” tibbi serialının ilk görüntüsünü 4K keyfiyyətində izləyə bilərsiniz.