Azərbaycan Film Akademiyasının layihəsi olan “Babək 2020” filmində Rasim Balayevin də iştirakı planlanır.

Bu barədə Azərbaycan Film Akademiyasının direktoru Zaur Tahirsoy bildirir ki, -“Biz SSRİ zamanında lentə alınan Babək filminin ənənələrinə sadiqik. Və böyüklərimizn dəstəyini almadan layihəni başlamağı düşünmürük. Belə ki, yeni layihədə Eldar Quliyevi bədii rəhbər kimi görmək bizim üçün çox xoş olar. Həm təcrübəsindən istifadə etmiş olarıq.

– Əlbəttə Babək filmini Rasim Balayevsiz təsəvvür etmək mümkün deyil.
Ssenaridə edilən müsbət dəyişiklikləri nəzərə alaraq Rasim Balayev bu dəfə Babəkin atası obrazı üçün düşünmüşük. Bu həm simvolik xarakter daşıyır həm də Rasim bəy təcrübəsi ilə yeni Babək filminə əzəmət verəcəyini düşünürük. İnanırıq ki, Rasim Balayev belə bir təklifi geri çevirməz. Çünki özü də dəfələrlə keyfiyyətli layihədə iştirak etmək istəyini dilə gətirib.

Qeyd edək ki, “Babək 2020” layihəsinin döyüş səhnələrini öncədən çəkilmiş filmin kaskadyor komandasının oğlu NOMAD STUNTS Beynəlxalq kaskadyor komandasının rəhbəri Qazaxstanlı Jaydarbek
Kunqujinov quracaq. Art direktor qismində Türkiyədə bir çox tarixi filmlərin dekorasiyasını qurmuş
Mustafa Ziya Ülkencilərlə görüşülüb və razılıq əldə edilib.

en_USEnglish