Postmodern aktyorluq məktəbi və özünüinfadə… Bu iki anlayışın bir-biri ilə çox sıx əlaqələri var. Postmodern aktyorluq sistemi və ya daha geniş anlayışla desək aktyorlun peşəkar inkişafına psixoloji yanaşma sadəcə aktyor olmaq istəyənləri əhatə etmir. İnsanın cəmiyyətdə özünü ifadə edə bilməsi, emosiyalarını daha düzgün yaşaması üçün də çox effektli sistemdir.

Aktyorluq sənəti ilə psixologiyanın miksindən ərəsəyə gələn yeni sistemdə aktyorluq iki fazada dəyərləndirilir. Statik və dinamik fazaların hər biri özünə görə əhəmiyyətlidir. Hər iki fazanın özünə görə kriteriyaları var.

Nəticədə insan öz həyatında baş obrazdadır və obraz canlandırır. Amma öz obrazını doğru və effektli şəkildə canlandıra bilirmi?

Postmodern Aktyorluq sistemi bu sualın cavabını verməklə yanaşı insana özünü ifadə etməsi və emosiyalarını tanımasıyla bərabər onlardan düzgün istifadə etməsi üçün bələdçilik edir.

Bu gün insanlar doğmalarının xoş günündə onlara öz hislərini düzgün şəkildə çatdıra bilmirlər. Sadəcə “xoşbəxt ol” deməklə kifayətlənirlər. Halbu ki, ürəyində yüzlərlə söz qalır. Amma özünü ifadə edə bilmədiyi üçün və emosiyanal danışıqdan utandığı üçün bir ömür bu istək ürəyində qalır. Halbuki daha effektli çıxış edərək bütün tədbirdəki insanların alqəşəna boğula bilərdi…

Azərbaycan Film Akademiyası, Postmodern Aktyorluq Məktəbində bu nüanslar xüsusilə ələ alınır və ayrıca proqram şəklində tətbiq edilir. Özünüifadə və təsirli çıxış təlimlərinə start verib.

Proqram 1 ay müddətində davam edir. Müraciət edənin istəyindən və mövzusundan asılı olaraq ssenari üzrə mətn hazırlanır. Eyni zamanda postmopdern aktyorluq sisteminin jet proqramı sayəsində təsirli çıxış məşğələlərinə başlanılır.

Proqramın sonunda qatılımcı özünü ifadə etməyi, emosiyalarını tanıması və onlardan düzgün şəkildə istifadə etməyi, səs və nitq qaydalarını, həyəcanın idarə edilməsi metodlarını öyrənir.

en_USEnglish