Postmodern aktyorluq sənəti Aktyorluq sahəsində yeni sistemdir. Postmodern aktyorluq sistemi psixologiya və aktyorluq sənətinin birləşməsindən yaranıb. Azərbaycan Film Akademiyası aktyorluq kurslarında sırf postmodern aktyorluq sistemi tədris edilir.
Üstünlükləri daha anlaşılan və beynəlxaq dildə yazılmasıyla yanaşı müasir biliklər və trendlər yeni sistemə inteqrasiya edilib. Aktyorluğa statik və dinamik hissələrə bölərək dörd böyük mərhələdə yanaşılıb. Hər mərhələ özlüyündə şaxalənir. Azərbaycanda ənənəvi aktyorluq sisteminin effekt vermədiyi dövrdə postmodern aktyorluq sistemi yeni nəfəs gətirəcək. Daha dəqiq yanaşsaq Azərbaycanda konkret olaraq aktyorluq sənəti sahəsində sistemli dərs vəsaiti yoxdur. Hər pedaqoq-aktyor sadəcə öz təcrübəsini bölüşür. Belə olduğu halda aktyorluq sənətində xaotik vəziyyət yaranır. Yeni sistem və milli yanaşma nəticəsində bu xaotik vəziyyət aradan qalxmasıyla yanaşı müsbət dinamikada inkişaf olacaq.
Postmodern aktyorluq sistemini ərəsəyə gətirən Azərbaycan Film Akademiyasının qurucusu Zaur Tahirsoydur. Yazdığı Aktyorluq psixologiyası kitabındakı bilgiləri aktyorluq sənəti bilgiləri ilə miks edərək Postmodern Aktyorluq Sənəti kitabı üzərində çalışır. Kitabın 2022 ci ilin fevral-mart aylarında işıq üzü görməsi planlanır.
Postmodern aktyorluq sistemi təkcə Azərbaycan üçün deyil yaxın MDB ölkələri və dünya üçün də yeni yanaşmadır.