Azərbaycan Film Akademiyasının Aktyorluq kurslarının (Peşəkar Aktyorluq Məktəbi) tələbələri 6-cı ayı tamamladı. Azərbaycan Film Akademiyasının aktyorluq dərslərinin proqramına əsasən 6-cı ayda teatr tamaşı təhvil verilir.

Peşəkar aktyorluq məktəbinin tələbələri Həyat Məlikova, Nicat Əkrəm, Nura Eminli, Anar Əliyev, Dəniz Eminli, Tamilla Həsənova səhnədə Nəcəf Bəy Vəzirovun “Nə əkərsən, onu da biçərsən”, “Sonrakı peşmançılıq fayda verməz”, Rəsul Yunanın “Duel”, Pərvin Nurəliyevanın ” Dəcəl keçi” əsərlərini canlandırdılar. Tamaşadan sonra Həyat Məlikova “Stand-Up” çıxışı oldu. Kurs rəhbəri Azərbaycan Film akademiyasının müəllimi Fərid Bağırov, quruluşçu rejissor Qabil Əkbərov oldu.

Azərbaycan Film Akademiyasının aktyorluq dərslərinin məqsədi, Azərbaycan kinosuna yeni simalar qazandırmaqla yanaşı 18 yaşa qədər təhsilli aktyor və aktrisa bazası formalaşdırmaqdır. Bu barədə Azərbaycan Film Akademiyasının qurucusu və direktoru Zaur Tahirsoy qeyd edir: “Bu gün Film Akademiyasının aktyorluq kurslarına müxtəlif yaş qruplarından müraciət edənlər var. Yaxın zamanda 60 yaşlı bir qadının aktyorluq kurslarından qeydiyyatdan keçməsi bizə ayrıca ruh yüksəkliyi verir. İnsanların xəyallarını gerçəkləşdirməsi heç bir yaşda gec deyil. Buna vasitə olduğumuz üçün özümüzü çox şanslı hesab edirik. Eyni zamanda Aktyorluq kursları təkcə səhnə və kino üçün deyil. Bizim aktyorluq dərslərində aktyorluq sənəti ilə aktyorluq psixologiyası dərsləri yanaşı gedir. Bu da insanlara təkcə səhnə və kinoda deyil eyni zamanda həyatda da rahat, komplekssiz və özünüifadə etmək kimi avantajlar verir.”

Qeyd edək ki, Azərbaycan Film Akademiyasının Peşəkar Aktyorluq Məktəbinin ümumi proqramı bir insanın aktyor kimİ tam formalaşması üçün ən effektli proqramdır.

en_USEnglish