Azərbaycan Film Akademiyası, Postmodern Aktyorluq Məktəbinin ilk məzunlarının film təqdimatı baş tutdu.
Azərbaycan Film Akademiyası, Postmodern Aktyorluq Məktəbinin ilk məzunlarının film təqdimatı baş tutdu. Qala təqdimatı cinemaplus kinoteatrnda təşkil edildi. Azərbaycan Film Akademiyası Postmodern aktyorluq kursu 9-cu ayda tələbələrinə kameraönündə iş proqramı çərçivəsində film çəkilişi edir. Aktyorluq kursu tələbələri 9 ayın yekununda həm teatr həm də kino təcrübəsi əldə edir.
Azərbaycan Film Akademiyasında postmodern aktyorluq kursu vasitəsiylə təkcə aktyor kimi formalaşmaq üçün deyil eyni zamanda özünüifadə etmək, komplekslərdən uzaqlaşmaq üçün də effektli proqram tətbiq edilir.
Filmdə Azərbaycan Film Akademiyasının ilk məzunları Həyat Məlikova, Nicat Əkrəm, Tamilla Həsənova, Anar Əli rol alıb. Filmdə digər obrazları Azərbaycan Film Akademiyasının aktyor sənəti müəllimi Azər Ayazoğlu və tələbələri İbrahim Əlizadə, Həlimə Həsənli də rol alıb.
Terapiya Otağı filmin ssenari müəllifi və quruluşçu rejissoru Zaur Tahirsoy, təsvir rejissoru Elvin Mikail, səs operatoru Teymur Məmmədov, qrim Valentina Melniçenkodur.
Terapiya Otağı filmi tezliklə Azərbaycan Film Akademiyası Aktyorluq kursu səhifəsində paylaşılacaq.