Bakının açarı filmi Azərbaycanda öncədən toxunulmayan janr və mövzudadır. Bakının yer altı şəhərinin qoruyucularından olan tarix müəllimi rusların əlində olan bakının açarını oğurlamaq planı qurur. Bunun üçün 6 fərqli və peşəkar oğrunu bir araya yığır. Onlara fərqli təlimlər keçir və planın detallarını paylaşır.

Macəra və ekşın janrında olan Bakının açarı filmi Azərbaycan Film Akademiyası, Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərsəyə gətirilib. Bakının Açarı filmi noyabr ayında kinoteatrlarda olacağı planlanır. Hazırda Azərbaycan Film Akademiyası, Postmodern Aktyorluq Məktəbinin tələbələri ilə çəkilişlər davam edir.

The Key Of Baku – Bakının Açarı

Eksklüziv tanıtım!

NOYABRDA KİNOTEATRLARDA!

Azərbaycanda müasir aktyorluq tədrisi və kino istehsalını birləşdirən yeni sistem!

A-107 qrupunun 9-cu ay imtahan filmi!

Rollarda:

Azərbaycan Film Akademiyasının aktyorları

Vüsal Tağıyev, İbrahim Əlizadə, Nərmin Əhməd, Urfan Cabbar, Anar Əli, Fidan İsmayılova, Maya Hüseynli və digərləri…

Rejissor və ssenari Zaur Tahirsoy

Təsvir rejissoru Elvin Mikail

Aktyorlarla iş Azər Ayazoğlu

Azərbaycan Film Akademiyası Ssenari Laboratoriyası @ssenari.az

İstehsal @filmakademiyasi

Bu sadəcə 9 aylıq və həftədə 2 dəfə olan tədrisin nəticəsidir. Bu o deməkdir ki, yeni sistem çox effektlidir

en_USEnglish